Bu barede ne deye bilersiniz ?
Sual: Bismillahir Rehmanir Rehim. Sizin sual-cavab bolmenizde menim uchun aktual olan bir mesele ile rastlashdim. "Azerbaycanda seyid varmi ?" Azerbaycanda bir chox ziyaretgahlar var. Choxlari xalq arasinda diller ezberi olan seyidlerin adinadir. Bu barede ne deye bilersiniz ? 2-ci sualim: SEYID ve AGIR SEYID terminlerindeki ferq nededir ? Onceden minnetdarligimi bildirirem ! Allah yardimciniz olsun !!!
Cavab:
Əs-sələmu aleykum.
1. Nəinki Azərbaycanda, hətta bütün dünyada bir çox saleh insanların qəbirləri vardır ki, ora ziyarət olunur. Lakin bu cür ziyarətin doğru olub-olmaması barəsində müsəlmanlar əksəriyyəti xəbərsizdirlər. Odur ki, qısa da olsa bu ziyarətgahlar barəsində bildiklərimizi sizə çatdırmaq istəyirik.
İslam dininə görə yalnız üç yeri ziyarət etmək üçün səfərə çıxmaq olar. Əgər hər hansı bir şəxs bir qəbri ziyarət etmək üçün səfərə hazırlaşırsa, bu cür səfər qadağandır. Bu barədə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Üç məsciddən başqa heç bir yeri ziyarət etməyə hazırlaşmayın. Mənim bu məscidim, Məscidülhəram və Məscidüləqsa.” (Bu hədisi Buxari, Muslim, Əbu Davud, Nəsai və bir çox hədis alimləri rəvayət etmişlər).
Bu hədisə əsasən hər hansı bir yeri ziyarət etmək üçün səfərə çıxmaq olmaz.
Həmçinin onu da deyə bilərik ki, bu cür qəbirlərin yanında Allaha şirk qoşmaqdan başqa heç bir əməl edilmir. Bu cür qəbirləri ziyarət edən insanlar həmin ölülərdən xəstəyə şəfa verməsini istəyirlər. Halbuku, qəbirdə olan həmin şəxs sağlığında ikən özü xəstələndikdə Allahdan şəfa istəyərdi. Həmçinin onlardan övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəyirlər. Habelə onlar üçün qurbanlar kəsirlər. Elə bu əməllərin hamısı onları Allaha şərik qoşmaq deməkdir. Bizə də məlumdur ki, uca Allah şirki əsla bağışlamaz.
Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah Fatihə surəsi 5-ci ayədə belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli, yalnız ona ibadət etməyi və yalnız ondan yardım diləməyi əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə). Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir.
Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir.
Allah bizi şirkdən qorusun! Amin!!!
2. İslam dinində seyid və ya ağır seyid adlı bir termin yoxdur.
730. elnur,qonwu (qallandiya)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz