Bismillahirrehmanirrehim.Evvala bu sayiti achmaqda butun emeyi olan insanlara uca…
Sual: Bismillahirrehmanirrehim.Evvala bu sayiti achmaqda butun emeyi olan insanlara uca allahdan can sagligi dileyirem.Sizden xahish edirem mene deyesiniz ki,men ishle elaqedar olaraq namazimi vaxtinda qila bilmirem gecikirem .
Cavab:
Əs-sələmu aleykum.
İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər). Bu hədis onu göstərir ki, namzları yalmız zəruri (məcburi) hallarda vaxtı çıxdıqdan sonraya saxlamaq olar.
Odur ki, namazları heç bir zəruri səbəb olmadan qəzaya saxlamaq günahdır. Uca Allah namazlarını öz vaxtlarında qılmayanlar barəsində belə buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü və 5-ci ayələr).
394. G. Kazımova (Bakı)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz