Sual-Cavab

Bismillah rehmanin rehim sizden bunun soracaqdim imsaqsiz oruc qebul edilir ya yox ?

Sual: bismillah rehmanin rehim sizden bunun soracaqdim imsaqsiz oruc qebul edilir ya yox ?

Cavab:

Əs-sələmu aleykum.

“İmsak” - ərəbcə tutmaq, saxlamaq və bu kimi mənaları ifadə edir. Dinə imsak dedikdə oruc tutmaq nəzərdə tutulur. Odur ki, bizə elə gəlir ki, siz imsak dedikdə bunları nəzərdə tutmursunuz. Yəqin ki, oruc zamanı səhər yeyilən yeməyi nəzərdə tutursunuz.

Oruc vaxtı səhər yeyilən yeməyə “Səhur” deyilir. Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhur etməmiş orucuna davam edərdi.

439. Rəşad Rəsullu (Bakı)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz