Hədis elmi

Bir camaatı sevən amma onların dərəcəsinə çata bilməyən adam


عن أبى ذر قلت يا رسول الله الرجل يحب القوم ولا يستطيع أن يلحق بعملهم قال أنت يا أبا ذر مع من أحببت قلت انى أحب الله ورسوله قال أنت مع من أحببت يا أبا ذر

Əbu Zərr (r.a) rəvayət edir ki, mən (Peyğəmbərə (s.a.s)) dedim: “Ey Allahın elçisi! Bir nəfər bir camaatı sevir, amma onların dərəcəsinə çata bilmir?” O dedi: “Ey Əbu Zərr! Sən sevdiyin kimsə ilə bərabərsən”. Mən dedim: “Mən həqiqətən də Allahı və Onun elçisini sevirəm!” O dedi: “Ey Əbu Zərr! Sən sevdiyin kimsə ilə bərabərsən”.
[ Səhihdir ]

عن أنس أن رجلا سأل النبي صلى الله عليه وسلم فقال يا نبي الله متى الساعة فقال وما أعددت لها قال ما أعددت لها من كبير إلا انى أحب الله ورسوله فقال المرء مع من أحب قال أنس فما رأيت المسلمين فرحوا بعد الإسلام أشد مما فرحوا يومئذ

Ənəs (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərdən (s.a.s) soruşdu: “Ey Allahın peyğəmbəri! Qiyamət nə zaman qopacaq?” O dedi: “Sən o gün üçün nə hazırlamısan?” (Kişi) dedi: “Elə böyük bir şey hazırlamamışam. Mən sadəcə Allahı və Onun elçisini sevirəm!” O dedi: “Kişi sevdiyi kimsə ilə bərabərdir”. Ənəs (r.a) deyir ki, mən müsəlmanların İslam dinini qəbul etdikdən sonra bu gündə sevindiklərindən daha çox sevindiklərini görmədim.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz