Bilmək istəyirəm ki, əgər səhər qalxmıramsa orucum pozulurmu?
Sual: Mən səhər yuxudan qalxmamışam (bilə-bilə). Amma, həmin gün orucu davam etdirmişəm. Bilmək istəyirəm ki, əgər səhər qalxmıramsa orucum pozulurmu? Ümumiyyətlə bu barədə bilmək istərdim...
Cavab:
Səhər yuxudan qalxmamaq orucu pozmur. Hətta həmin şəxs bunu bilə-bilə etsə də belə. Çünki səhur etmək (səhər yeməyi yemək) şərt deyildir və oruc onsuz da səhih sayılır. Lakin səhurda bərəkət olduğu üçün onu etməsi daha yaxşı olardı. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən səhurda bərəkət var.”
37. Qurbanov Yusif (Sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz