Bilmek isterdim ki, 1) CUME namazi kishi ve qadina ne derecede vacibdir?
Sual: Salam. Men CUME namazi haqda size cual vermek isterdim. Bilmek isterdim ki, 1) CUME namazi kishi ve qadina ne derecede vacibdir? 2) Eger vacibdirse neye gore? 3) Eger ishden icaze ala bilmirsense ve namaza gede bilmirsense, bu gunah sayilirmi? 4) Neye gore CUME namazi deyende, mehz ZOHR namazina gedirler, ESR, Meqrib, Isha namazlarida Cume namazina aid edile bilinermi? 5) Eger aid edile bilinerse, onda olarmi ki, ESR, Meqrib, Isha namazlarini Cume namazi kimi mescidde qilinsin? SAG OLUN!
Cavab:
Və aleykumus-sələm.
1) Cümə namazını qılmaq yalnız aşağıdakı sifətlərə malik olan şəxsə vacibdir:
* Kişi olmalı (qadın müstəsnadır);
* Azad insan olmalı (qul, dustaq və s. azad olmayan müstəsna- dır və yalnız icazə verildiyi zaman onlara Cümə namazına getmək vacibdir);
* Mükəlləf - həddi-büluğa çatmış, ağıllı-olmalı (Uşaq və ruhi xəstə müstəsnadır);
* Müsəlman olmalı (kafir müstəsnadır);
* Yaşadığı yerin vətəndaşı olmalı (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır);
Müstəsna olan şəxslərin (kafir və ruhi xəstədən başqa) Cümə namazına getməsi müstəhəbdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Cümə namazını camaatla olmaq (qılmaq) dörd sinif insandan – qul, qadın, uşaq və xəstədən başqa hər bir müsəlmana vacibdir.” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
2) Çünki bu uca Allahın əmridir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)” (əl-Cumuə surəsi 9-cu və 10-cu ayələr).
3) Bu qadınlar üçün günah sayılmır. Çünki, cümə namazı qadınlara vacib deyildir. Lakin cümə namazına gəlməmək kişilər üçün günah sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) cümə namazında iştirak etməyənləri hədələyərək belə demişdir: “Mən istədim ki, cümə namazında iştirak etməyənlərin evlərini yandırım.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Hər hansı bir qövm (camaat) cümələri edərlərsə, Allah onların qəlblərinə möhür vurar və sonra da onlar qafillərdən olarlar.” (Bu hədisi də Muslim və başqaları rəvayət etmişdir).
Yenə başqa bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim səhlənkarlıq üzündən üç cüməni tərk edərsə, Allah onun qəlbinə möhür vurar” (Bu hədisi Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə və Əhməd rəvayət etmişdir).
4) Çünki Peyğəmbərimiz cümə namazını Zöhrün vaxtında (zöhr namazının əvəzinə) qılmışdır. Sələmətu ibn əl-Əkva (Allah ondan razı olsun) rəvayət edir ki, “Biz Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər Cümə namazını, divarların kölgələnə biləcəyimiz kölgəsi olmadığı bir zamanda qılıb qurtarardıq” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Başqa rəvayətdə: “Biz Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər, günəş zeniti keçdikdən sonra Cümə namazını qılar, sonra da kölgələnmək üçün yer axtarardıq” (Bu hədisi Muslim rəvayət etmişdir).
5) Cümə namazı yalnız Zöhr namazının vaxtında (zöhrün əvəzinə) qılınmalıdır.
732. Abdul Xaliq (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz