Sual-Cavab

Bəs Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Menim qiyamət gününədək halalım halal…

Sual: Əs-sələmu aleykum. Təravih namazı haqqında verdiyim sualın cavabına görə sizə təşəkkür edirəm. Yalnız mənə bir şey qaranlıq qaldı, oda budur ki siz yazmışsınız (daha doğrusu hansısa bir dəlilə əsaslanmısınız) ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra bu namazın fərz olma ehtimalı ardan qalxdıqdan sonra səhabələr yenidən bu sünnəti dirçəltmişlər. Bəs Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Menim qiyamət gününədək halalım halal, haramım haramdır hədisini qəbul etsək belə çıx

Cavab:

Görünür bizim yazdığımız cavabı dəqiq başa düşməmisiniz. Biz keçən cavabda yazmışdıq ki, bu əməli (yəni təravih namazını camaatla qılmağı) Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü etmişdir. Bu da onu göstərir ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) əgər özü bunu etmişsə bu əməl heç vaxt bidət ola bilməz. Bidət odur ki, dində olmayan bir şeyi dinə gətirəsən. Bu əməl isə artıq dində var idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu əməli tərk etməsinin səbəbini də eyni hədisdə özü açıqlamışdır. Peyğəmbər bunu açıqlayaraq demişdir ki “Qorxdu ki bu namaz sizə fərz ola və sizin də onu yerinə yetirməyə taqətiniz çatmaya.” Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdikdən sonra səhabələr başa düşdülər ki artıq bu namazın fərz olma ehtimalı ardan qalxdı. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sonuncu peyğəmbər olduğundan onun vəfatından sonra artıq vəhyin nazil olmasına son qoyuldu. Həmçinin hamıya bəllidir ki, Peyğəmbərin sünnəsini səhabələrdən daha yaxşı bilən yoxdur və bu əmələ səhabələrin heç biri də etiraz etməmişdir. Bu da onu göstərir ki bu əməl özü elə sünnədir.

75. asif ()

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz