Bes biz yolla gederken musiqi eshidirikse bu bize gunahdirmi ve ya haramdirmi?
Sual: SALAM ALEYKUMA. Dinde musiqi haramdir? Bes biz yolla gederken musiqi eshidirikse bu bize gunahdirmi ve ya haramdirmi? ALLAH RAZI OLSUN!!!!!
Cavab:
Və aleykumus-sələm. Bəli, dində musiqi haramdır. Musiqinin haram olmasına dair quran ayələri isə aşağıdakılardır:
1. Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
2. Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Lakin biz yolla gedərkən musiqi səsi ilə rastlaşırıqsa dərhal oradan uzaqlaşmaq lazımdır. Əks halda isə günah yazılır.
Allah sizdən də razı olsun!!!
318. CELILOV YAQUB (BAKI)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz