Sual-Cavab

Belgem udmaq olarmi cetin veziyyetde ve ya namazda ?

Sual: belgem udmaq olarmi cetin veziyyetde ve ya namazda ?. tekke taxanda deyirler gerek alindan sac cixmasin,cunki yahudiler ele cur taxir.sunnede bele bir shey gelibmi?. musiqinin qadagan oldugunu hansi aye ve hadisle caillere subut edim? ALLAH razi olsun qardashlar.assalamu aleykum

Cavab:

Və aleykumus-sələm. Bəlğəmi hər bir vəziyyətdə udmaq olar. Çünki bu orucu pozmur.

Başa təkkə taxdıqda gərək yəhudilərin etdiyi kimi, yalnız başımızın ortasına taxmayaq. Çünki bu onlara xas olan bir əməldir. O ki, qaldı saçın çıxıb-çıxmamasına, bu barədə sünnədə heç bir dəlil yoxdur. Musiqinin haram olmasına dair quran ayələri aşağıdakılardır:

1. Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).

2. Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

270. Dovlet (Balaxani)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz