Bele deyirler ki, 2-ci mertebeden yuxari yashamaq gunahdir.Bu ne derecede dogrudur?
Sual: Her vaxtiniz xeyir. Bele deyirler ki, 2-ci mertebeden yuxari yashamaq gunahdir.Bu ne derecede dogrudur? Evvelceden teshekkur edirem
Cavab:
Əs-sələmu aleykum. Xeyr ikinci mərtəbədən yuxarıda yaşamaq günah deyildir. Odur ki bunun günah olduğunu iddia etmək, heç bir dəlil və sübut olmadan Allahın və Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) adından yalan danışmaqdır. Uca Allah buyurur: “Diliniz yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!” (ən-Nəhl surəsi 116-cı ayə).
313. feyzullayev vidadi (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz