Bagislayin ki,sizi narahat edirem.Evvela Ramazan bayrami munasibetile haminizi tebrik…
Sual: Salam aleykum.Bagislayin ki,sizi narahat edirem.Evvela Ramazan bayrami munasibetile haminizi tebrik edirem.Allah orucunuzu,ibadetlerinizi qebul etsin.Size bele 1 sualla muraciet etmek isteyirem.Sizden cox xahis edirem ki,sualimi cavablandirasiniz.Is orasindadir ki,bilmirem niye,hacan Allaha dua edirem,hacan gunahlarimin bagislanmasini dileyirem bunu nedense sanki semimi qelbden etmirem.Oruc tuturam,hal hazirda atamdan gizli de olsa namaz qilmagi oyrenirem,ozum gunahlardan bacardigim qeder qorunu
Cavab:
Və aleykumus-sələm. Biz də Ramazan bayramı münasibəti ilə sizi təbrik edirik. Allah sizin də ibadətlərinizi qəbul etsin! Amin!!!
Duanın qəbul olma səbəblərindən ən başlıcası ixlasdır (səmimiyyətdir). Dua edən şəxs Allaha tam ixlasla dua etməli və yəqinliklə bilməlidir ki, onun duası qəbul olacaqdır. Duanın qəbul olması o demək deyil ki, Allah istədiyin şeyi bu dünyada mütlək verəcəkdir. Duanın qəbul olması o deməkdir ki, uca Allah sizə 3 şeydən birini verəcəkdir:
- İstədiyiniz şeyi ya bu dünyada verəcək;
- ya onun əvəzini axirətdə verəcək;
- ya da həmin dua vasitəsilə sizin başınıza gələcək bəlaları sizdən dəf edəcəkdir.
Odur ki, dua edən şəxs yəqinliklə bilməlidir ki, Allah ona bu 3 şeydən birini mütlək merəcəkdir. Əgər həmin şəxs buna yəqinliklə inanarsa onda dualarında səmimi ola bilər.
Həmçinin şeytanı vəsvəsələri aradan qaldırmaq üçün daima şeytandan Allaha sığınmaq ("Əuzu billahi minəş-şeytanır-racim" sözlərini demək) lazımdır. Uca Allah buyurur: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! (əl-Əraf surəsi 200-cü ayə; Fussilət surəsi 36-cı ayə).
O ki qaldı namaz qılmağa, sizə məsləhətimiz budur ki, buna tezliklə başlayın. Namaz qılmaq hər bir həddi-buluğa çatmış müsəlmanın borcudur. Allahdan istəyirik ki, sizi şeytandan və onun vəsvəsələrindən uzaq etsin, sizi haqq yolunda axıracan sabit etsin və Qiyamət günü nicat tapanlardan etsin! Amin!!!
514. Ferhad Aliyev (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz