Assalemu-aleykum menim sizi bir sualim var?
Sual: assalemu-aleykum menim sizi bir sualim var? xais edirem mene bir seyi deyinde men bilmek isteyiremki dunya nece yaranib ne vaxt yaranib ve nece dagilacaq. arzu ediremki allah butun gunahi olanlari bagislasin.
Cavab:
Və aleykumus-sələm.
Dünyanın yaranması barəsində yalnız bunları deyə bilərik. Uca Allah buyurur: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşin üzərinə yüksələn, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!” (əl-Əraf surəsi 54-cü ayə).
Başqa bir ayə isə belə buyurur: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik. Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər. Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).” (əl-Ənbiya surəsi 30, 31, 32 və 33-cü ayələr).
Dünyanın nə vaxt yaranması barəsində dəqiq məlumat yoxdur və bu barədə söylənilən fərziyyələrin hamısı batildir.
Dünyanın necə dağılacağı barədə ətraflı məlumat almaq üçün isə “Qiyamətin əlamətləri” adlı kitabı alıb oxumağınızı məsləhət görürük. Həmçinin “Qiyamətin aydın əlamətləri” adlı üç hissədən ibarət olan kaseti alıb qulaq asmağınızı da məsləhət görürük. Bütün bunları “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
631. veliyev ziya (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz