Ancaq bezi meseleler menimcun qaranliq qalib.men oxuduguma gore imkani catan ve arvadlara…
Sual: Bele gozel sayt yaratdiginiz ve insanlara dogru yolu tapmaqda komek etdiyiniz ucun Allah sizden razi olsun. Menim sualim 2,3,4 arvad almaq haqdadir.Allah ve Resulu buna icaze verib.Men etiraz etmirem.Uca Allahin ve Resululunun butun buyurduqlarina hec bir subhesiz sehadet verir ve inaniram.Rebbimizin bize gosterdiyi yol en dogru yoldur! Ancaq bezi meseleler menimcun qaranliq qalib.men oxuduguma gore imkani catan ve arvadlara beraber ,hec bir ferq qoymadan qaygi gosteren sexs 2,3,4 arvad ala bile
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
İslam dininə görə iki, üç və ya dörq arvad almaq olar. Lakin gərək bu qadınlarla kəbinin olsun. Kəbin isə yalnız Allahın buyurduğu kimi olur. Allah dərgahında məqbul sayılan kəbinin qaydası aşağıdakı kimidir:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.
Əgər bu cür kəbinlə 2, 3 və ya 4 arvad alsanız siz həmin qadınların heç birinin haqqını taptalamış olmursunuz. Doğum şəhadətnaməsinə gəlincə onu hər cür vasitə ilə almaq mümkündür. Bu halda da qadınların haqqını taptalamış olmursunuz. Mirasın bölünməsinə gəlincə də onu deyə bilərik ki, miras yalnız Allahın buyurduğu kimi bölünməlidir. Odur ki, həmin qadınlar əgər həqiqi müsəlmandırlarsa mirası Allahın buyurduğu kimi bölməlidirlər. Əgər belə etməsələr günah kişiyə deyil, artıq qadınlara yazılacaq.
Ətrafda olan şəxslərin həmin qadınlara dedikləri sözlərə gəlincə onu deyə bilərik ki, bu sözlərə görə kişi heç bir məsuliyyət daşımır. Çünki o ən əsas olan Allahın buyurduğu nikahı layiqincə yerinə yetirmişdir. Ətrafdakılar isə elmsiz olaraq bu fikirlərə düşürlər. Çünki həmin şəxslər Allahın buyurduğu qanunlardan bixəbərdirlər. Allah bütün müsəlman qardaş və bacılara evlənməkdə kömək olsun! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
743. abdulaziz ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz