Analar rəhmlidir
ANALAR RƏHMLİDİR
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir qadın Aişənin (r.a) yanına gəldi. Aişə (r.a) ona üç dənə xurma verdi. O, körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları (saxladığı) bir xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Peyğəmbər (s.a.s) gəldikdə Aişə (r.a) ona bu haqda xəbər verdi. O dedi: “Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz