Amma men cox adamı başa sala bilmiremş Deyirler ki, olar Bayram dı da ve ya musiqididæ?
Sual: Salam.Sizden artıq derecede xahiş edirem ki menim suallarıma geniş formada cavab veræsiniz. Yeni ili, Novruz bayramını bizim dinde qeyd etmek olarmı?Musiqiye qulaq asmaq olarmı (olarsa-hansına)-Bunların hec birini etmek olmaz. Amma men cox adamı başa sala bilmiremş Deyirler ki, olar Bayram dı da ve ya musiqididæ. xahiş edirem ki menim suallarıma geniş formada cavab veræsiniz.
Cavab:
Və aleykumus-sələm.
1. İslam dininə görə yeni ili keçirmək olmaz. Çünki bu bayram nəsranilərin (xristianların) bayramıdır. Kim bu bayramı keçirərsə özünü xristianlara bənzətmiş olar və xristianların etdikləri bu əməllərdə onlarla şərik olurlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.” Ona görə də xristianları hansı aqibət gözləyirsə həmin şəxsləri də o aqibət gözləyir. Odur ki, yeni ili keçirən şəxsi nəsraniləri gözləyən əzab gözləyir.
2. İslam dininə görə Novruz bayramını da keçirmək olmaz. Çünki bu bayram məcusilərin (oda sitayiş edənlərin) bayramıdır. Bu bayramı keçirən şəxs də özünü məcusilərə bənzətmiş olur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.”
Özünü məcusilərə bənzədən şəxs də bununla Allaha deyil, əksinə oda sitayiş etmiş sayılır. Hamıya məlumdur ki, oda sitayiş etmək də şirkdir. Uca Allah da Ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
3. Musiqini uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair Quran ayələri isə aşağıdakılardır:
- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Musiqi zahirdən insana xoş gələ bilər və bəzi duyğular yarada bilər. Lakin bu heç də onun halal olmasına dəlalət etmir. Çünki şeytan insana haram əməlləri yaxşı göstərir ki, onu etsinlər. Uca Allah bu barədə belə demişdir: “(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə).
703. Imameliyev Subhan (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz