Əqidə

Allahın rizasını itirmək qorxusu

Cəhənnəm əhli boğazlarında tıxanan zəqqumu udmaq üçün "Su!" deyə imdad edərlər və onlara verilən qaynar su ciyərlərini parçalayar. Əziz və Cəlil olan Allahın rizasını itirmək qorxusu ürəklərinə hakim olar. Allahın Cənnətdə yaratdığı nemətlərdən məhrum olmaq müsibəti qəlblərini parça-parça edər. Ağlamaqlarına baxmayaraq, onlara məhəl qoyulmaz, çığırtılarına cavab verilməz, fəryadlarına kömək gəlməz, peşmanlıqları qəbul edilməz və günahları bağışlanmaz.
Əziz və Cəlil olan Allahın qəzəbi onların üzərində olar. Onlardan çəkdikləri bu qədər əzab və içgəncə muqabilində belə razı qalınmaz. Çünki Allahın onlara qəzəbi tutmuşdur. Onlar Allahın gözündən düşüb və dəyərlərini itiriblər. Buna görə də onlardan üz çevrilmişdir.

Ac və susuz bir halda Cənnət əhlindən olan yaxınlarını çağırdıqda onların hallarını bir görə bilsəydin… Bu cür yalvararlar: ″Ey Cənnətdəkilər! Ey atalar, analar! Qardaşlar, bacılar! Qəbrimizdən susuz çıxdıq, Allahın hüzuruna susuz çatdıq, susuz bir halda Cəhənnəmə atılmağımız əmr olundu. Bizə bir azacıq su və ya Allahın sizə ruzi olaraq göndərdiklərindən bir şey verin!.. ″
Cənnətdəkilər onlara:″Susun!″ deyə cavab verərlər. Onlar ümüdsüz bir halda vurnuxarlar. Sonsuzadək ürəkləri sərinlik və rahatlıq görməz. Orada əbədi olaraq ağızlarına soyuq bir şey dəyməz, heç bir vaxt gözlərinə yuxu getməz. Onlar davamiyyətli bir əzab və bitməz bir məşəqqət içərisindədirlər.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz