Allah rizasi ucun tasabih namazinin neca qilindigini xirdaliqlarina kimi mana yazin?
Sual: salamaleykum. Allah rizasi ucun tasabih namazinin neca qilindigini xirdaliqlarina kimi mana yazin. salamaleykum
Cavab:
Və aleykumus-sələm!
“Təsabih” – “Təsbih” - in cəmidir – yəni, hədsiz tərifləmə, şöhrətləndirmə və bütün nöqsanlardan uzaqlaşdırmaq deməkdir.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) (əmisi) Abbasa (Allah ondan razı olsun) dedi: “Ey əmim Abbas! Sənə elə var-dövlət, bəxşiş verim ki, ona əməl etsən Allah sənin on xislətini (nöqsan, qüsur, eyib) – əvvəldə və sonda, keçmişdə və hazırda, qəsdən və səhvən, kiçik və böyük, gizlində və aşkarda olan günahlarını bağışlasın? Dörd rək'ət namaz qıl! Hər rək'ətində Fatihə surəsini və digər surələr oxu! Birinci rək'ətdə surələri oxuyub qurtardıqdan sonra qiyamda ikən on beş dəfə “Subhanəllahi vəl-həmdulilləhi və lə iləhə illəllahu vəllahu əkbər” de! Sonra rüku et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra rükudan qalx dikəl (və qiyamda) on dəfə bu duanı de! Sonra səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra bir daha səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Hər rək'ət əsnasında duaların cəmi sayı yetmiş beş olmaqla dörd rək'ətdən ibarət namaz qıl! İmkan daxilində gündə bir dəfə, yaxud Cüm'ədə (həftədə) bir dəfə, yaxud ayda bir dəfə, yaxud ildə bir dəfə, yaxud da ömründə bir dəfə olsa belə bu namazı qıl!”
Bu hədisin mötəbər olduğunu təsdiq edən alimlər aşağıdakılardır:
İbn Məndə, İbn Həcər, əl-Əcurri, Xətib əl-Bəğdadi, Əbu Səd əs-Səm'ani, əl-Munziri, İbnu-s-Salah, ən-Nəvəvi və digəriləri.
Lakin qeyd edək ki, bu hədisin zəif olduğunu deyən alinlər də vardır.
Bu namazı qadağan olunmuş vaxtlardan başqa istənilən vaxt qılmaq caizdir.
Qadağan olunmuş vaxtlar aşağıdakılardır:
1. Fəcr namazından sonra gün çıxanadək;
2. Gün çıxan anda (üfüqdən bir nizə hündürlüyündə qalxana qədər);
3. Günəş səmanın ortasında (zenitdə) olduqda;
4. Əsr namazından sonra günəş batanadək;
5. Gün batan anda;
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
694. Leyla (baku)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz