Allah bizi eshidib, oyrenib faydalananlardan etsin, insheallah?
Sual: بسم الله الرحمن الرحيم Assalamu aleykum, Allah sizden razi olsun ki, yaradilish qayemizi derk etmekde bize yol gostermish uca Allah ona yaxinlashmaq imkanini sizin vasitenizle bir daha asanlashdirmishdir. Hem de burada sual vermek, hetta cavabini bildiyin, lakin chox tez-tez eshitidiyin suali vermek bele savab olardi, chunki, verilen cavablardan tek sual sahibi deyil, gor ne qeder muselman qardash ve bacilar faydalanir. Allah bizi eshidib, oyrenib faydalananlardan etsin, insheallah. 1. Cavablari
Cavab:
Və aleykumus-sələm.
1. a) Qardaş bu cür məsləhətlərinizə görə Allah sizdən razı olsun. Doğrusu bu cür şəkillərin orada olmasından xəbərsiz idik. Çünki, bu sahəyə başqa qardaş nəzarət edir. Odur ki, həmin qardaşdan xahiş etdik ki, həmin şəkilləri oradan silsin. Həqiqətən müsəlman müsəlmanın güzgüsüdür. Allah sizin kimi qardaşlardan razı olsun!
b) Bizim bundan xəbərimiz yoxdur. Lakin bizə elə gəlir ki, bunu sonradan həmin kasetdən dərs kimi istifadə etmək məqsədi ilə edirlər. Öncə də qeyd etdik ki, təlim məqsədi ilə şəkildən və ya kameradan istifadə etmək olar.
c) Hər hansı bir şəkilə və ya filmə baxmaqla onu şəkməyin fərqi vardır. Məsələn: Hər hansı bir heyvan şəkli çəkmək haramdır. Lakin biz həmin şəklə baxan şəxsə sən haram iş gördün deyə bilmərik. Biz yalnız baxılması haram olan şəkillərə (məsələn: pis-pis şəkillərə və s.) və ya filmlərə (məsələn: əxlaqsız və s.) baxan şəxslərə sən haram şeylərə baxdın deyə bilərik. Daha doğrusunu isə Allah bilir.
2. Bəli, ana bətnində insana ruh 120 günlüyündə verilir. Lakin bu heç də həmin ruşeymin 120 gündən tez götürülməsinin caiz olmasına dəlalət etmir. Əgər ruşeym artıq ana bətninə düşübsə onu oradan götürtmək (abort etdirmək) haramdır. Çünki həmin ruşeym ana bətninə artıq Allahın qədəri ilə düşmüşdür.
Ruşeymi yalnız zəruri səbəblər olduqda götürtmək olar. Məsələn: Cərrahiyya əməliyyatı vasitəsi ilə dünyaya uşaq gətirən qadına bir neçə il hamilə olmaq olmaz. Əgər həmin qadın bu vaxt ərzində hamilə olarsa onda həkimin məsləhəti ilə həmin uşağı götüzdürə bilər. Buna oxşar zəruri səbəblərə görə ruşeymi götürtmək olar.
3. Bəli, bu cür vəziyyətdə təhəccüd namazı qılmaq olar.
Allah bütün haqqı axtaran müsəlmanlardan razı olsun! Amin!!!
721. Ali (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz