Aleykum selam menim 12 yashim var deyirler namaz qila bilmerem duzdu?
Sual: aleykum selam menim 12 yashim var deyirler namaz qila bilmerem duzdu? men mecburam bu suali verim mene deyiller ki bir insan gerek her yere (ayaq yoluna )aftafayla(bagishlayin)gire eks halda o temiz olmasa o musalman deyil?
Cavab:
Və aleykumus-sələm.
Xeyr bu düzgün deyildir. Hər bir həddi buluğa çatan insan namaz qılmalıdır. Əgər həddi buluğa çatan şəxs namaz qılmasa ona günah yazılır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Aftafa barəsində deyilənlər də yanlış fikirdir. İnsan adi hallarda təharətdən sonra necə təmizlənirsə, namaz qıldıqda da elə təmizlənir.
469. Humeyra (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz