Əqidə

Adin oxunar

Sən bu halda ikən birdən-birə yüksək səslə adın oxunar, növbə sənə gələr. Gəlib-keçmiş bütün məxluqatın hüzurunda öz adınla belə çağırılarsan:
″Hardadır filankəs oğlu (və ya qızı) filankəs?! Əziz və Cəlil olan Allaha təqdim edilməyə gəl!″
Səni aparmaq üçün vəzifələndirilmiş mələklər nəhayət səni Rəbbinə yaxınlaşdırarlar. Çağrılanın sən olduğuna əmin olduqları üçün adına bənzər başqa adlı insanların da olması onları çaşdırmaz.

Talha bin Əmr bizə xəbər verdi ki: Mənə İbn Əbi Rəbah belə dedi: Ey Talha! Sənin adın və mənim adım kimi nə qədər çox ad vardır! Qiyamət günü:″Ey Filankəs!″ deyildiyi an qəsd edilən insan qalxar. Başqası qalxmaz. Çünki qəlbinə sən olduğuna dair əminlik doğar. O saniyə ayağa qalxarsan. Bütün vücudun titrəyər. Orqanların çırpınar, rəngin qaçar. Qorxan, ürkən və titrəyən ürəyin köksündə atar. Səni aparmaqla vəzifələndirilmiş mələkləri görəndə səni müdhiş bir iztirab, titrəmə və qorxu tutar. Qullar içərisində çağırılanın səndən başqası olmadığını çox yaxşı bilərsən. Mələklər əllərini sənə uzadar, səni asanca yaxalayarlar. Sonra boyunduruqlu heyvanların çəkilərək aparıldığı kimi səni çəkib apararlar. Əziz və Cəlil olan Allaha ərz edilmək və onun hüzüründa dayanmaq üçün sürüyərək səflərin arasından keçirərlər. Sən onların arasından çəkililib aparılarkən bütün məxluqat gözlərini sənə dikər.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 203
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 158
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz