3 yaşlı zəhra Qurani-Kərimin 37 surəsini əzbər bilir
Zəhra Hüseynova hələ tam danışa bilmir. Bununla belə, o, Quranın bir çox surəsini əzbərdən söyləyir. Quranı Zəhraya anası öyrədib. Ailəsinin sözlərinə görə, Zəhra 1 yaşından bəri Quran oxuyur. O, hələ 1 yaşında olarkən, yaşıdları ata-ana belə deyə bilməyəndə Quranın 3 surəsini əzbərdən söyləyirmiş. Anası deyir ki, Zəhra hələ dünyaya gəlməzdən əvvəl özü tez-tez Quran oxuyarmış. Zəhra isə artıq 37 surəni əzbərdən bilir.
Əlbəttə, belə bacarığı olan Zəhra bütün yaxınlarını, xüsusən də ata və anasını hədsiz dərəcədə sevindirir.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz