2)Eger imsak vaxtinin bitdiyi andan sonra 5-10-15deq artiq yemeye davam edilirse,bu…
Sual: Esselamu aleykum! 1)Zehmet olmasa qedr gecesi namazinin qilinma qaydalarini (ruketlerin sayi,namazin vaxti ve s.)etrafli izah ederdiniz. 2)Eger imsak vaxtinin bitdiyi andan sonra 5-10-15deq artiq yemeye davam edilirse,bu gunahdirmi? Evvelceden size oz tesekkurumu bildirirem!
Cavab:
Və aleykumus-sələm.
1. Qədr gecəsi qiyamul-leyl (gecə namazı) namazı və vitr namazı qılmaq olar.
Gecə namazı iki-iki istənilən sayda qılınan sünnət namazıdır. (Bu namaza ərəbcə Qiyamul-leyl namazı deyilir).
“Vitr” isə tək deməkdir. Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccüddən) sonra da qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”
Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:
- Bir rükət;
- Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);
- Beş rükət (ardıcıl);
- Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);
- Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);
- On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);
Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).
Vitr namazı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazını minik üzərində qılması bu namazın fərz olmamasına dəlildir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dəvənin üzərində Vitr namazını qıldı.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.
2. Sübh namazının vaxtı girdikdən sonra bilərəkdən bir şey yemək və ya yeməyə davam etmək orucu batil edir. Əgər bu bilməyərəkdən edilərsə həmin oruc səhih sayılır. Odur ki, sübh namazının vaxtı girdikdən sonra yemək-içməyə son qoymaq lazımdır.
446. SAMIR!!!!!!!! (BAKI (RAZIN))
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz