1 Ramazan ayinda orucdu olan adam əxlaqsız filme baxibsa orucu pozulur?
Sual: salam 1 Ramazan ayinda orucdu olan adam əxlaqsız filme baxibsa orucu pozulur? 2 orucdu olan adam yaddan cixararaq cinsi elaqeye girdi birden yadina dushdu,ne etmelidi? Xaish edirem delil yazasiz. Cox sagolun….
Cavab:
Və aleykumus-sələm.
1. Bu cür filimlərə baxmaq orucu pozan amillərdən deyil. Lakin hər bir müsəlman istər oruc vaxtı, istər də digər vaxtlarda özünü haram olan şeylərdən qorumalıdır. Əlbəttə ki, bu cür filimlərə baxmaq da haram əmllərdəndir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)...” (ən-Nur surəsi 30, 31-ci ayələr).
Bu ayələr onu göstərir ki, müsəlman kişi və qadınlara haram olan şeylərə baxmaq qadağandır. Odur ki, oruc vaxtı bu cür haram şeylərə baxan şəxs onu da bilməlidir ki, onun bu əməli orucunu pozmasa da onun müəyyən qədər savabını aparır. Hətta elə ola bilər ki, həmin şəxs tutduğu orucdan heç bir savab qazanmasın. Bu əşxsə qalan yalnız onun ac qalmağı olacaqdır.
2. Elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir).
Cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla bilərəkdən orucunu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət eymişdir).
Lakin qeyd etmək lazımdır ki, oruclu olduğu halda unudaraq cinsi əlaqəyə girən şəxs xatırlayan kimi dərhal bu əməli tərk edib orucuna davam etməlidir.
Allah bizi bilməyərəkdən etdiyimiz günahlara görə bağışlasın! Amin!!!
369. A.Ulviyye (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz