Sual-Cavab

1) Namaz zamani eger 1 nece anliq adamin fikri yayinirsa, bu, namazi pozmur ki?

Sual: Esselamu aleykum! 1) Namaz zamani eger 1 nece anliq adamin fikri yayinirsa, bu, namazi pozmur ki? ve ne etmek lazimdir ki, fikir dagilmasin? 2) eger qeyri-iradi (bilmeyerekden) mezi ifraz olunarsa, ve sadece ayaqyoluna gedib sonra destemaz almaqla namaz qilmaq olarmi? sizce bu zaman qusla ehtiyac varmi? (axi bu qusl aldiqdan sonra da bas vere biler...)

Cavab:

Və aleykumus-sələm.

1. Namaz zamanı insanın fikri bir neçə anlıq yayınarsa bu yalnız namazın savabını azaldır. Lakin həmin namaz səhih sayılır. Səhabələrdən biri Peyğəmbərə (səllallahu aleyhi və səlləm) belə dedi: “Ey Allahın elçisi! Şeytan namazımda və qiraətimdə hərdən mənə vəsvəsə edir. Mən nə edim ki, ondan yaxa qurtarım?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Həmin şeytanın adı “xinzib”-dir. Əgər onun vəsvəsəsini hiss etsən, ondan Allaha sığın (yəni, “əuzu billəhi minəl-xinzib” de) və üç dəfə sol tərəfinə tüpür.” (Bu hədisi Muslim “Səhih” əsərində (4/1729) rəvayət etmişdir).

Odur ki, namaz zamanı fikir yayındıqda bu cür etmək lazımdır.

2. Məzinin çıxması yalnız dəstəmazı pozur. Odur ki, məzi çıxan zaman həmin yeri yuyub sonra dəstəmaz almaq kifəyət edir.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz