PEYĞƏMBƏRİN (s.a.s) ƏXLAQI - Muhəmməd ibn İsmail əl-Buxari
Dinimizin əsas tərkib hissəsi olan əxlaq problemi bu gün də bəşəriyyətin gözəl inkişafı qarşısında öz aktuallığını itirməyib və deyərdim ki, daha da böyük əhəmiyyət kəsb edir. Bu məsələyə tez-tez mətbuatda, televiziya və radio proqramlarında toxunulur. Sözsüz ki, bu çox müsbət haldır. Və əxlaq mövzusu ilə bağlı təşkil edilən hər belə müzakirələrdə əxlaqi keyfiyyətləri insanlara örnək ola biləcək bir meyar axtarışı da olur. Sözsüz ki, fikir azadlığına məxsus hər bir şəxs əxlaq məsələsində müəyyən meyarlara söykəndiyini ifadə edir. Mən də öz növbəmdə bu risalə vasitəsilə özüm üçün seçdiyim əxlaqi meyar barədə sizinlə söhbət açmağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, belə bir nümunəvi insan digər məsələlərdə olduğu kimi əxlaq məsələsində də Peyğəmbərimizdir (s.a.s).
Bu kitabın elektron nüsxəsi hazırda mövcud deyil.