Cümə namazı
Uca Allah cümə namazını müsəlmanlara cümə günü qılmağı əmr etmişdir. Bu, Allahın bizə bəxş etdiyi böyük bir nemətdir. Məhz bu gündə müsəlmanlar bir yerə toplaşır, Allah və Rəsulunun (s.a.s) kəlamını eşitdikdən sonra namaz qılaraq oradan ayrılırlar. Ayların ən xeyirlisi Ramazan, gecələrin ən xeyirlisi qədr, günlərin ən xeyirlisi isə cümə günüdür.