RUSSIAN
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts

   Az font












































Voting
Send Message
 Azərislam barəsində dostuna xəbər ver
 

Send

 Son xəbərlər üçün mailini qeydiyyatdan keçir
 




Ayın namaz təqvimi burada
       


Günün
namaz təqvimii
  4:02 Sübh
  6:05 Günəş
 13:47 Zöhr
 17:43 Əsr
 21:15 Məğrib
 23:04  İşa
Qur'ani-Kərimin Azərbaycan dilində tərcüməsi

More
FORUM Azerislam.com

More
Qurban bayramı 2004
Fotosərgi

More
Qur'an dinlə... MP 3 formatında Qur'ani-Kərimin 30-cu cüzü...

More



  Azercell abunəçilərinə SMS yolla!!!
Nömrə: İsmarıc:
Yenilik (yeni)
Yeni suallar cavablandı...
Hirslənmə
İslamda cavabdehlik
İslamın gözəllikləri
Ruzilər və əcəllər Allahın əlindədir
Şeytanın hiylələrindən çəkinin
Bilənlərdən soruşun!
Elm tələbələrinə məsləhət
Sıxıntılardan xilas ancaq Allaha tövbə ilə olur
Forum, Forum, Forum...

Ayə   (yeni)
Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən, qoxumayan, sudan irmaqlar axan, təmi çönməyən, süddən şaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onların hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu Cənnətdə olanlar) cəhənnəm odundan əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?! (Məhəmməd surəsi, 15)
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət ora çatınca oranın qapıları açılacaq və cənnət gözətçiləri (onlara) : «Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!» deyəcəklər.(əz-Zumər surəsi, 73)
Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminləri üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz. (əs-Səcdə surəsi, 17)


Hədis   (yeni)
Peyğəmbər (s.ə.s)-dən gələn səhih hədisdə Əbdurrəhman İbn əl-Əuf-dan belə rəvayət olunur: «Mən Peyğəmbər (s.ə.s)-in belə dediyini eşitdim: «Əbu Bəkr Cənnətdədir, Ömər Cənnətdədir, Osman Cənnətdədir, Əli Cənnətdədir, Talha Cənnətdədir, əz-Zubeyr Cənnətdədir, Əbdurrəhman ibn Əuf Cənnətdədir, Səd ibn əbi Vəkkas Cənnətdədir, Səid ibn Zeyd Cənnətdədir, əbu Ubeydə ibn əl-Cərrah Cənnətdədir.» Bu hədisin isnadı Səhihdir və Əhmədin Müsnəd əsərində Səid ibn Zeyddən, Tirmizinin «Sünənut-Tirmizi» əsərində Əbdurrəhman İbn əl Əuf-dan səhih olaraq rəvayət olunur.
Tirmizi, Hakim, Təbərani, Əhməd və başqalarının Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə belə deyilir: «Peyğəmər (s.ə.s) belə dedi: «Həsən və Huseyn Cənnət əhlinin cavanlarının seyyidləridir.» Bu hədis bir neçə yol ilə Səhih olaraq gəlib çatıb və bu yolların hamısını Şeyx Nasirəddin əl-Albani dəyərli kitabı olan «Silsilətul əhədisus-Səhihə» əsərində göstərmişdir.

Yeni yazılar
Hikmətli dəvət ətraflı
"Ya Məhəmməd! Doğrudurmu ki, sən bizim bütləri təhqir edirsən?" Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onun sualını çox gözəl şəkildə elə sualla cavablandıraraq soruşur: "Ya Hüseyn nə qədər ilahiyə ibadət edirsən?" O, isə cavabında : "Birinə göydə, yeddisinə yerdə" söyləyir. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onun bu cavabından sonra soruşur: "Yaxşı sənə qəflətən bəla gəldikdə kimə müraciət edirsən?" O deyir: "Yalnız göydəkinə". Onda Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - növbəti sualı verir: "Bəs nə üçün gələn bəladan səni qoruyana, sənə istədiklərini verənə yerdəkiləri şərik qoşursan?". Hüseyn fikirləşir ki, doğrudan da Məhəmməd - səllallahu aleyhi və səlləm - düz deyir. Doğrudan da göydə olan Allah kifayət etdiyi halda yerdəki bütləri, daşları vasitəçi etmək, şərik qoşmaq ağıla batan iş deyil. Lakin burada onun diqqətini çəkən və xoşuna gələn bir hal da Məhəmmədin - səllallahu aleyhi və səlləm - fikirlərində dünya mənfəətindən uzaq, sırf Allah qorxusu, ixlas, hikmət, mülayimlilik və insanpərvərliyin olması idi. O, dərhal şəhadət gətirərək müsəlman oldu. Yanında oturan Qureyşlilər isə Məhəmmədin - səllallahu aleyhi və səlləm - onu iki cümlə ilə yoluna gətirdiyindən heyrətlərini gizlədə bilmirdilər. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - səhabələrinə tapşırır ki, onu evinə qədər ötürsünlər. İmran ibn Hüseyn (r.a) qalxıb atasının başından və əllərindən öpür. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - isə onun ardınca baxıb deyir: "Baxın, kafir kimi gəldi, müsəlman olaraq getdi". (İbn Həcərin "İsabə" əsəri, 2/87)...
Valideynlərə münasibət ətraflı
Hər bir müsəlman əvvəlcə onu yaradan Allahı, sonra ona doğru yolu (siratəl müstəqim) göstərən peyğəmbərini və daha sonra valideynlərini sevməli və onlara itaət etməlidir.
Allah təalə buyurur: "İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir" ("əl-Bəqərə", 165). Ənəs bin Malikin (r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s.) demişdir: "Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə imanı (kamil) olmaz" (Müslim, 167). Əbu Hureyrə (r.a.) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi: "Ey Allahın elçisi! Mən kimə daha çox qayğı göstərməliyəm!" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s.) dedi: "Anana". Kişi təkrar soruşdu: "Sonra kimə?" O dedi: "Anana". Kişi bir daha soruşdu: "Bəs sonra kimə?" Peyğəmbər (s.ə.s.) bu dəfə "Atana" - deyə cavab verdi" (əl-Buxari, 5971).

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111