Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

[Bəqərə, 172]


"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."

[Əhkamu’l-Cənaiz]


İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.

[Hikmətli sözlər]

HƏR KƏS ÖZ CANININ HARAYINDA

[ Azerislam.com / 7219 dəfə baxılıb ]   
|
 
Nəhayət sənin və digər yaradılışların məşəqqəti ən yüksək zirvəyə çatar. Danışmadan və hesaba çəkilmədən uzun-uzadı gözləyərlər. Üç yüz il heç danışmadan, bir tikə yemək yemədən, bir qurtum su içmədən, üzlərinə bir dənə də xoş bir meh dəymədən, bu narahatlıqdan və ayaq üstə durmaqdan yaranan dözülməz dərəcədə yorğunluğu dəf etmək üçün bir an belə istirahət etmədən gözləməyi nə zənn edərsən?

Katadə və ya Kəbdən rəvayət edilmişdir ki: “ O gün insanlar aləmlərinin Rəbbinin hüzurunda duracaqlar” (əl-Mutaffifin) ayəsini oxudu və bu açıqlamanı gətirdi: “Üç yüz il qədər duracaqlar.” Yenə o, Həsən əl-Bəsridən belə eşitdiyini söylədi: ”Uzunluğu əlli min il olan bir zaman ayaqları üzərində Əziz və Cəlil olan Allahın hüzurunda dayanan insnaların halını nə zənn edərsən?! Onlar orada nə bir şey yeyərlər nə də bir şey içərlər. Belə ki, susuzluqdan boyunları incəlmişdir. Aclıqdan içləri yanmışdır.”

Belə bir vəziyyətdə sən də bir anlıq da olsa özünü düşün. Fərz et ki, illərlə öz tərinin içində boğularaq, ətrafın sım-sıx insan, cin, mələklərlə dolmuş halda, susuzluqdan udqunmağa belə çətinlik çəkərək, verəcəyin hesabın ağırlığı altında gözləyirsən...



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka