Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
[Maidə, 8]
Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!
[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]
Təqva, sevginin zirvəsidir
[Hikmətli sözlər]
TABUT
[ Düşüncə gündəmi / 1621 dəfə baxılıb ]
|
Taxtadan yonulmuş bir uzun qutu, Baş tərəfi geniş, ayaq ucu dar. Daşıyanlar bilir bu boş tabutu, Sabah da özləri dolduracaqlar.
Hər yandan kiçilən bir otaq kimi, Divar yaxınlaşıb, tavan alçalıb. Sanki bir daş körpə qutuda kimi, Xəyalım, içində uzanıb qalıb.
Yenidən doğular ölənlər – gerçək! Tabut deyildir bu, bir taxta qundaq. Bu ağır hədiyyə kimə gedəcək, Mismarlanan kimi üstünə qapaq?