Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
[Maidə, 8]
Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!
[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]
Təqva, sevginin zirvəsidir
[Hikmətli sözlər]
AH...
[ Düşüncə gündəmi / 1604 dəfə baxılıb ]
|
"Bəzən “Ah” deyirsən… Ciyərlərinin gücü çatdığı qədər nəfəs dolu bir ah. Ah hər dildə “ah”dır. "Ah"ın tərcüməsi yoxdur. "Ah" - ürəyin sözüdür. Ürək dilindədir. Bütün insanların ortaq dili olan ürək dilində... “Ah”sız ürək dilbilməz ürəkdir!"