Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) "Mən səni insanlara imam edəcəyəm!" - dedi. (İbrahim:) "Nəslimdən də!" - dedi. (Allah:) "Zalımlar Mənim əhdimə nail olmazlar" - buyurdu.
[Bəqərə, 124]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Hər məscid Kəbənin şöbəsi, hər imam Peyğəmbərin təmsilçisidir.
[Hikmətli sözlər]
OLMAZ MI?
[ Düşüncə gündəmi / 1701 dəfə baxılıb ]
|
Qat-qat sarınmışam hayana baxsam; Sarınan olar da, saran olmaz mı? Kim bu üzü çəkən sənətkar rəssam; Baxıb da aynaya soran olmaz mı?
Bir parçacığam mən, bütünə həsrət, Zaman dönüb dursun o günə həsrət, Ruhumsa zamanın üstünə həsrət, Əbədiyyət boyu bir an... Olmaz mı?