Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
[Əl - İnşiraq, 20-21]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
Kişi öz (din) qardaşını sevirsə, bunu ona bildirməlidir
عن المقدام بن معدى كرب وكان قد أدركه قال قال النبي صلى الله عليه وسلم إذا أحب أحدكم أخاه فليعلمه أنه أحبه
542.Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizdən biriniz qardaşını sevdiyi zaman onu sevdiyini ona bildirsin”. [ Səhihdir ] عن مجاهد قال لقيني رجل من أصحاب النبي صلى الله عليه وسلم فأخذ بمنكبى من ورائى قال أما إني أحبك قال أحبك الذي أحببتنى له فقال لولا أن رسول الله صلى الله عليه وسلم قال إذا أحب الرجل الرجل فليخبره أنه أحبه ما أخبرتك قال ثم أخذ يعرض على الخطبة قال أما إن عندنا جارية أما إنها عوراء
543.Mucahid rəvayət edir ki, Peyğəmbərin (s.a.s) səhabələrindən biri ilə rastlaşdım. O, arxadan mənə yetişib çiynimdən tutub dedi: “Mən səni sevirəm!” Mən dedim: “Xatirinə sevdiyin Allah da səni sevsin!” O dedi: “Əgər Peyğəmbər (s.a.s): “Sizdən biriniz qardaşını sevdiyi zaman onu sevdiyini ona bildirsin”- deməsəydi, bunu sənə bildirməzdim”. Sonra mənə anlatmaya başlayıb dedi: “Yanımızda bir qız var, (əxlaqı pisdir, özü də) çəpgözdür. [ Həsən səhihdir ] عن أنس قال قال النبي صلى الله عليه وسلم ما تحابا الرجلان إلا كان أفضلهما أشدهما حبا لصاحبه
544.Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Bir-birini sevən iki kişinin ən fəzilətlisi, əlbəttə ki, qardaşına sevgisi daha çox olanıdır”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.