Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
NALAYİQ SÖZ EŞİDİB ONU YAYAN ADAM
[ Hədis elmi / 7983 dəfə baxılıb ]
|
عن علي بن أبي طالب رضي الله عنه قال القائل الفاحشة والذي يشيع بها في الإثم سواء
Əli ibn Əbu Talib (r.a) demişdir: “Nalayiq söz danışanla onu (camaat arasında) yayan kimsə eyni dərəcədə günah qazanırlar”. [ İsnadı həsəndir ]
عن شبيل بن عوف قال كان يقال من سمع بفاحشة فأفشاها فهو فيها كالذى أبداها
Şubeyl ibn Auf (r.a) deyir ki, o vaxt belə deyərdilər: “Nalayiq söz eşidib onu yayan kimsə, ilk əvvəl onu deyən kəs kimidir”. [ İsnadı səhihdir ] عن بن جريج عن عطاء أنه كان يرى النكال على من أشاع الزنا يقول أشاع الفاحشة
İbn Cureyc deyir ki, Əta ibn Əbi Rəbah zinanı ifşa edən adamın günah qazandığını hesab etməklə yanaşı belə deyərdi: “O, zinanı yaydı”. [ İsnadı səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.