İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
[Buxari]
Yeməmək və içməmək oruc deyil. Oruc, pis söz söyləməmək, qiybət etməmək, nəfsə tabe olmamaq və yanlış hərəkətlərdən çəkinməkdir.
ƏHVALİ-RUHİYYƏNIN YAXŞI OLMASI
عن عبد الله بن خبيب الجهني يحدث عن عمه أن رسول الله صلى الله عليه وسلم خرج عليهم وعليه أثر غسل وهو طيب النفس فظننا أنه ألم بأهله فقلنا يا رسول الله نراك طيب النفس قال أجل والحمد لله ثم ذكر الغنى فقال رسول الله صلى الله عليه وسلم إنه لا بأس بالغنى لمن اتقى والصحة لمن اتقى خير من الغنى وطيب النفس من النعم
Abdullah ibn Xubeyb əl-Cühəni əmisindən rəvayət edir ki, Peyğəmbər (s.a.s) qüsl edib yanımıza gəldikdə əhvalı-ruhiyyəsi yaxşı idi. Biz onun əhli-əyalı ilə yaxınlıq etdiyini zənn edib dedik: “Ey Allahın elçisi! Biz səni yaxşı əhvalı-ruhiyyədə görürük”. O dedi: “Elədir! Həmd olsun Allaha!” Sonra var-dövlət barədə söhbət açdılar. Peyğəmbər (s.a.s) dedi: “Allahdan qorxan kimsənin var-dövlətli olması eyib deyil. Lakin Allahdan qorxan kimsə üçün sağlamlıq var-dövlətdən daha xeyirlidir. Əhvalı-ruhiyyənin yaxşı olması isə nemətdir”. [ Səhihdir ]
عن النواس بن سمعان الأنصاري أنه سأل رسول الله صلى الله عليه وسلم عن البر والإثم فقال البر حسن الخلق والإثم ما حك في نفسك وكرهت أن يطلع عليه الناس
Nəvvas ibn Səm'an əl-Ənsari (r.a) Peyğəmbərdən (s.a.s) yaxşılıq və günah barədə soruşdu. O dedi: “Yaxşılıq gözəl əxlaqdır. Günah isə sənin qəlbini narahat edər və sən istəməzsən ki, insanlar ondan xəbər tutsun”. [ Səhihdir ] عن أنس قال كان النبي صلى الله عليه وسلم أحسن الناس وأجود الناس وأشجع الناس ولقد فزع أهل المدينة ذات ليلة فانطلق الناس قبل الصوت فاستقبلهم النبي صلى الله عليه وسلم قد سبق الناس إلى الصوت وهو يقول لن تراعوا لن تراعوا وهو على فرس لأبى طلحة عرى ما عليه سرج وفي عنقه السيف فقال لقد وجدته بحرا أو إنه لبحر
Ənəs (r.a) deyir ki, Peyğəmbər (s.a.s) insanlar arasında ən yaxşı, ən çevik və ən şücaətli insan idi. Bir gecə Mədinə sakinləri qorxuya düşüb səs gələn tərəfə getdilər. Onlardan öncə səs gələn tərəfə getmiş Peyğəmbər (s.a.s) Əbu Təlhənin (r.a) yəhərsiz atının üstündə, boynundan da qılınc asılmış halda: “Qorxmayın! Qorxmayın!”- deyərək onların qabağına çıxdı və: “Mən bu atın yaxşı qaçan (at) olduğunu gördüm”- dedi. [ İsnadı səhihdir ] عن جابر قال قال رسول الله صلى الله عليه وسلم كل معروف صدقة وإن من المعروف أن تلقى أخاك بوجه طلق وأن تفرغ من دلوك في إناء أخيك
Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər bir yaxşılıq sədəqədir. Gülərüzlə qardaşını qarşılamaq, (həmçinin) öz qabında olandan qardaşının qabına (yemək və s.) tökmək yaxşılıqdandır”. [ Həsəndir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.