Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

[Bəqərə, 277]


İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin
malıdır.

[Buxari]


Yeməmək və içməmək oruc deyil. Oruc, pis söz söyləməmək, qiybət etməmək, nəfsə tabe olmamaq və yanlış hərəkətlərdən çəkinməkdir.

YAXŞI İŞ GÖRMƏYƏ YOL GÖSTƏRƏN

[ Hədis elmi / 5008 dəfə baxılıb ]   
|
 


عن أبى مسعود الأنصاري قال جاء رجل إلى النبي صلى الله عليه وسلم فقال إني أبدع بي فاحملنى قال لا أجد ولكن ائت فلانا فلعله أن يحملك فأتاه فحمله فأتى النبي صلى الله عليه وسلم فأخبره فقال من دل على خير فله مثل أجر فاعله


Əbu Məsud əl-Ənsari (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Mənim mindiyim heyvan yorulub. Mənə bir minik verə bilərsənmi. O dedi: “Sənə verməyə heç nəyim yoxdur, lakin filankəsin yanına get, bəlkə o, sənə bir minik verdi”. Kişi onun dediyi adamın yanına getdi və o da ona minik verdi. Kişi Peyğəmbərin (s.a.s) yanına qayıdıb (istədiyinə nail olduğunu) ona xəbər verdi. Peyğəmbər (s.a.s) dedi: “Kim xeyirxah bir iş görməyə yol göstərərsə, ona həmin əməli edənin savabının misli (qədər savab) yazılar!”
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:43
GÜNƏŞ06:33
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:00
İŞA [ 4 rükət ]22:44
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka