İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
[Buxari]
Yeməmək və içməmək oruc deyil. Oruc, pis söz söyləməmək, qiybət etməmək, nəfsə tabe olmamaq və yanlış hərəkətlərdən çəkinməkdir.
BAĞA GETMƏK
[ Hədis elmi / 5074 dəfə baxılıb ]
|
عن أبى سلمة قال أتيت أبا سعيد الخدري وكان لي صديقا فقلت ألا تخرج بنا إلى النخل فخرج وعليه خميصة له
Əbu Sələmə (r.a) rəvayət edir ki, mən dostum Əbu Səid əl-Xudrinin (r.a) yanına gəlib dedim: “Bizimlə xurma bağına getmək istəmirsən?” O, öz yun əbasını geyib bizimlə getdi. [ Səhihdir ]
عن أم موسى قالت سمعت عليا رضي الله عنه يقول أمر النبي صلى الله عليه وسلم عبد الله بن مسعود أن يصعد شجرة فيأتيه منها بشيء فنظر أصحابه إلى ساق عبد الله فضحكوا من حموشة ساقيه فقال رسول الله صلى الله عليه وسلم ما تضحكون لرجل عبد الله أثقل في الميزان من أحد
Ummu Musa rəvayət edir ki, Əli (r.a) dedi: “Peyğəmbər (s.a.s) Abdullah ibn Məsuda (r.a) ağaca çıxıb onun meyvəsindən dərməyi buyurdu. Səhabələr Abdullahın baldırına baxıb, onun çox nazik olduğuna güldülər. Peyğəmbər (s.a.s) dedi: “Nəyə gülürsünüz? Qiyamət günü Abdullahın bir ayağı tərəzidə Uhud dağından ağır gələcək”. [ Səhih li-ğeyrihi ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.