İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
[Buxari]
Yeməmək və içməmək oruc deyil. Oruc, pis söz söyləməmək, qiybət etməmək, nəfsə tabe olmamaq və yanlış hərəkətlərdən çəkinməkdir.
Hər kəs yemək yeyərkən köləsini də Yaninda oturtmalidirmi?
[ Hədis elmi / 4804 dəfə baxılıb ]
|
عن أبى هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال إذا جاء أحدكم خادمه بطعامه فليجلسه فإن لم يقبل فليناوله منه
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizdən birinizə köləsi yemək gətirdikdə onu da yeməyə dəvət etsin. Dəvəti qəbul etməsə, ona öz əlindən yemək versin”. [ Səhihdir ]
عن أبو محذورة كنت جالسا عند عمر رضي الله عنه إذ جاء صفوان بن أمية بجفنه يحملها نفر في عباءة فوضعوها بين يدي عمر فدعا عمر ناسا مساكين وأرقاء من أرقاء الناس حوله فأكلوا معه ثم قال عند ذلك فعل الله بقوم أو قال لحا الله قوما يرغبون عن أرقائهم أن يأكلوا معهم فقال صفوان أما والله ما نرغب عنهم ولكنا نستأثر عليهم لا نجد والله من الطعام الطيب ما نأكل ونطعمهم
Əbu Məhzura deyir ki, mən Ömərin (r.a) yanında oturmuşdum. Bu vaxt Səfvan ibn Umeyya (r.a) bir dəstə adamla gəldi. Bu adamlar parçaya bükülmüş bir qab gətirib Ömərin (r.a) qarşısına qoydular. Ömər (r.a) kasıb adamları, ətrafındakı bütün kölələri yeməyə dəvət etdi və onlar da onunla bərabər yemək yedilər. Bu vaxt Ömər (r.a) dedi: “Kölələri ilə birgə süfrə başında oturub yemək yeməyi özlərinə sığışdırmayan adamların Allah üzünü qara eləsin!” Səfvan dedi: “Allaha and olsun ki, biz onlardan üz döndərmirik. Biz sadəcə özümüzü onlardan öndə tuturuq. Və Allaha and olsun ki, yediyimizdən onlara da yedirdəcək yaxşı bir yemək tapa bilmirik”. [ İsnadı səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.