İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
[Buxari]
Yeməmək və içməmək oruc deyil. Oruc, pis söz söyləməmək, qiybət etməmək, nəfsə tabe olmamaq və yanlış hərəkətlərdən çəkinməkdir.
HƏR KƏS KÖLƏSİNİN ÜZÜNƏ VURUBSA, QOY KÖNÜLLÜ OLARAQ ONU AZAD ETSİN
[ Hədis elmi / 4462 dəfə baxılıb ]
|
Hilal ibn Yəssaf deyir ki, biz Suveyd ibn Muqarrinin (r.a) evində bez satırdıq. Bu vaxt kəniz çıxıb bir kişiyə söz dedi, o da onun üzünə vurdu. Suveyd ibn Muqarrin (r.a) ona dedi: “Sən onun üzünə vurdun?!” Mən yeddi nəfərin yeddincisi idim. Və bizim bircə xidmətçimiz var idi. Bizlərdən biri onun üzünə vurduqda Peyğəmbər (s.a.s) ona xidmətçini azad etməyi əmr etdi”. [ Səhihdir ]
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Haqsız yerə öz köləsinin üzünə vuran, yaxud onu döyən kimsənin kəffa¬rəsi onu azad etməkdir!” [ Səhihdir ]
Muaviyə ibn Suveyd ibn Muqarrin deyir ki, mən köləmizin üzünə vurdum və o qaçdı. Atam ikimizi də yanına çağırdı. Sonra ona dedi: “Qisasını al! Biz yeddi qardaş idik. Və bizim bircə xidmətçimiz var idi. Bizlərdən biri onun üzünə vurdu. Sonra bu xəbər Peyğəmbərə (s.a.s) çatdırıldıqda o dedi: “De onu azad etsinlər!” Peyğəmbərə (s.a.s) dedilər ki, onların ondan başqa xidmətçisi yoxdur. O dedi: “Qoy kifayət qədər onu işlətsinlər, sonra isə onu azad etsinlər”. [ Səhihdir ]
Suveyd ibn Muqarrin əl-Muzəni (r.a) bir nəfərin öz köləsinin üzünə vurduğunu gördükdə dedi: “Məgər bilmirsən ki, üzə vurmaq haramdır? Mən Peyğəmbərin (s.a.s) dövründə yeddi qardaşdan biri idim. Bizim bircə xidmətçimiz var idi. Bizdən birimiz onun üzünə vurduqda Peyğəmbər (s.a.s) ona xidmətçini azad etməyi əmr etdi”. [ Səhihdir ]
Zadan rəvayət edir ki, biz ibn Ömərin (r.a) yanında idik. O, vurduğu köləsini çağırıb kürəyini açdı və dedi: “Səni ağrıdırmı?” Kölə: “Xeyr!”- deyə cavab verdi. İbn Ömər (r.a) onu azad etdi. Sonra yerdən bir ağac götürüb dedi: “Görəsən onu azad etməyimdə mənim üçün bu ağac qədər savab varmı?” Mən dedim: “Ey Əbu Abdurrəhman! Nə üçün belə deyirsən?” O dedi: “Mən Peyğəmbərdən (s.a.s) eşitdim, dedi ki: “Haqsız yerə öz köləsini döyən, yaxud onun üzünə vuran kimsənin kəffarəsi onu azad etməkdir!” [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.