Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
QONŞUDAN BAŞLAMAQ
[ Azerislam.com / 8198 dəfə baxılıb ]
|
عن بن عمر قال قال رسول الله صلى الله عليه وسلم ما زال جبريل يوصينى بالجار حتى ظننت أنه سيورثه
104 İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cəbrail qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”. [ Səhihdir ] عن عبد الله بن عمرو أنه ذبحت له شاة فجعل يقول لغلامه أهديت لجارنا اليهودي أهديت لجارنا اليهودي سمعت رسول الله صلى الله عليه وسلم يقول ما زال جبريل يوصينى بالجار حتى ظننت أنه سيورثه
105. Abdullah ibn Amr (r.a) bir qoç kəsdirdi. Sonra xidmətçisindən təkrar-təkrar soruşdu: “(Ətdən) qonşumuz yəhudiyə pay verdinmi? Qonşumuz yəhudiyə pay verdinmi? Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Cəbrail qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”. [ Səhihdir ] عن عائشة رضي الله عنها تقول سمعت رسول الله صلى الله عليه وسلم يقول ما زال جبريل يوصينى بالجار حتى ظننت أنه ليورثه
106. Aişə (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Cəbrail qonşu haqqında mənə nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.