Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
MÜŞRİK QOHUMLA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK VƏ ONA HƏDİYYƏ VERMƏK
[ Azerislam.com / 8069 dəfə baxılıb ]
|
عن بن عمر رأى عمر حلة سيراء فقال يا رسول الله لو اشتريت هذه فلبستها يوم الجمعة وللوفود إذا أتوك فقال يا عمر إنما يلبس هذه من لا خلاق له ثم أهدى النبي صلى الله عليه وسلم منها حلل فأهدى إلى عمر منها حلة فجاء عمر إلى رسول الله صلى الله عليه وسلم فقال يا رسول الله بعثت إلى هذه وقد سمعتك قلت فيها ما قلت قال إني لم أهدها لك لتلبسها إنما أهديتها إليك لتبيعها أو لتكسوها فأهداها عمر لأخ له من أمه مشرك
71. İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) (satılan) siyra bürüncəyini (Tərkibində ipək olan bir libasdır.) görüncə dedi: “Ey Allahın elçisi! Bəlkə bunu alıb həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyəsən”. O dedi: “Ey Ömər! Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!” Sonra həmin bürüncəkdən bir neçəsini Peyğəmbərə (s.a.s) pay verdilər. O da Ömərə (r.a) bir bürüncək hədiyyə göndərdi. Ömər (r.a) Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Bunu mənə göndərmisən. Hərçənd ki, sən onun haqqında dediyini artıq demisən.” O dedi: “Mən onu sənə verməmişəm ki, geyəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan”. Ömər (r.a) onu anadan bir olan müşrik qardaşına hədiyyə verdi. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.