Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
QOHUMLUQ ƏLAQƏLƏRINI MÖHKƏMLƏNDIRMƏK ÖMRÜ UZADIR
أنس بن مالك أن رسول الله صلى الله عليه وسلم قال من أحب أن يبسط له في رزقه وأن ينسأ له في أثره فليصل رحمه"
56. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istəyən kimsə qohumluq əlaqələrini möhkəmləndirsin”. [ Səhihdir ] عن أبى هريرة قال سمعت رسول الله صلى الله عليه وسلم يقول من سره أن يبسط له في رزقه وأن ينسأ له في أثره فليصل رحمه"
57.Əbu Hureyra (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını arzulayan kəs qohumluq əlaqələrini möhkəmləndirsin”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.