حدثنا كليب بن منفعة قال قال جدي يا رسول الله من أبر قال أمك وأباك وأختك وأخاك ومولاك الذي يلي ذاك حق واجب ورحم موصولة"
47. Kuleyb ibn Mənfəa rəvayət edir ki, babam dedi: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana, atana, bacına, qardaşına və himayəndə olan yaxınlarına. (Budur,) vacib haqq və qohumluq əlaqəsi!” [ Zəifdir ] عن أبى هريرة قال لما نزلت هذه الآية وأنذر عشيرتك الأقربين قام النبي صلى الله عليه وسلم فنادى يا بنى كعب بن لؤي انقذوا أنفسكم من النار يا بنى عبد مناف أنقذوا أنفسكم من النار يا بنى هاشم أنقذوا أنفسكم من النار يا بنى عبد المطلب أنقذوا أنفسكم من النار يا فاطمة بنت محمد أنقذي نفسك من النار فإني لا أملك لك من الله شيئا غير أن لكم رحما سابلها ببلالها"
48. Əbu Hureyra (r.a) rəvayət edir ki, “Və ən yaxın qohumlarını qorxut!” ayəsi nazil olduqda Peyğəmbər (s.a.s) ayağa qalxıb uca səslə çağırıb dedi: “Ey Kə'b ibn Luey oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdumənaf oğulları! Özünüzü Oddan xilas edin. Ey Haşim oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü Oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü Oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.