İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
عن بهز بن حكيم عن أبيه عن جده قلت يا رسول الله من أبر قال أمك قلت من أبر قال أمك قلت من أبر قال أمك قلت من أبر قال أباك ثم الأقرب فالأقرب"
(3) – Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”. [Həsəndir]
عن بن عباس أنه أتاه رجل فقال أنى خطبت امرأة فأبت أن تنكحني وخطبها غيرى فأحبت أن تنكحه فغرت عليها فقتلتها فهل لي من توبة قال أمك حية قال لا قال تب إلى الله عز وجل وتقرب إليه ما استطعت فذهبت فسألت بن عباس لم سألته عن حياة أمه فقال أنى لا أعلم عملا أقرب الى الله عز وجل من بر الوالدة"
(4) – İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?” İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?” O: “Xeyr!”- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!” (Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum: “Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?” O dedi: “Çünki mən qüdrətli və əzəmətli Allahın yanında ana qayğısını çəkməkdən daha yaxın bir əməl bilmirəm”. [Səhihdir]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.