Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSMƏYİN!
[ Bir hədis / 1816 dəfə baxılıb ]
|
QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSMƏYİN! Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) dedi: “Dayan!” O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. (Allah) dedi: “Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?” O dedi: “Əlbət ki (razıyam), ya Rəbb!” (Allah) dedi: “Sənin üçün məhz belə olacaq!” Sonra Əbu Hureyra (r.a) dedi: “İstəyirsinizsə bu ayəni oxuyun: (Muhəmməd, 22.)
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.