Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) "Mən səni insanlara imam edəcəyəm!" - dedi. (İbrahim:) "Nəslimdən də!" - dedi. (Allah:) "Zalımlar Mənim əhdimə nail olmazlar" - buyurdu.
[Bəqərə, 124]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Hər məscid Kəbənin şöbəsi, hər imam Peyğəmbərin təmsilçisidir.
[Hikmətli sözlər]
ALLAH YOLUNDA...
[ Bir ayə / 1915 dəfə baxılıb ]
|
Sizə nə olub ki, (malınızdan) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən (Məkkənin) fəthindən əvvəl xərcləyib döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən )sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.