Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Zinakarlıq
Uca Allah buyurur: В«Zinaya yaxınlaşmayın! Həqiqətən də bu iyrənc bir əməl və murdar bir yoldurВ». В«əl-İsraВ», 32.
Zina etməyin nə cür çirkin bir iş olduğunu Peyğəmbərimizdən səllallahu aleyhi və səlləm bizə gəlib çatan bir hədisdən də görmək olar. В«Qureyşli bir gənc Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: В«Ey Allahın elçisi, izn ver zina edimВ». Səhabələr ona yaxınlaşıb, sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: В«Yaxın gəl!В» O yaxına gəldikdə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi:
- Öz anana rəva bilərsən?
- Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin!
- Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına istəyərsən?
- Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
- Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu öz bacın üçün istəyərsən?
- Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
- Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər. Bunu öz bibin üçün istəyərsən?
- Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
- Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər. Bunu öz xalan üçün istəyərsən?
- Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
- Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər.
Peyğəmbər səllallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub dedi: В«Allahım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!В»
Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədiВ». Əhməd В«MusnədВ» 5/256; В«Məcməuz-ZəvaidВ» 1/129; Silisilə, 370.
Diqqət edin, bu hədisdə düşünən insanlar üçün kifayət qədər ibrətlər vardır. Hər şeydən öncə sevimli Peyğəmbərimizin səllallahu aleyhi və səlləm başa salma üslubu, hikməti və mövzu haqqında açıq danışması diqqəti cəlb edir. Bu an o əsəbiləşmir və çox mülayimdir. Onun izahına gəlincə isə Rasulullah səllallahu aleyhi və səlləm zina etmək istəyən insanlara hər şeydən öncə öz yaxınlarını gözünün qabağına gətirməsini deməklə onları törətmək istədikləri əməllərdən çəkindirir.
Yaxşı, bir halda ki, insan özü də anlayır ki, bu əmələ Uca Allah və Onun Rəsulu səllallahu aleyhi və səlləm icazə verməmişdir, bəs onda onu bu işə cəkən nədir? Nə üçün insan halal olan həyat yoldaşı ilə qane olmayıb, haram işlərə də baş vurur? İstərdik ki, bu suala bir qədər ətraflı cavab verək. Zina etmək hər şeydən öncə insan nəfsinin bir təlabatıdır. Yəni, insandakı nəfs onu şeytanın diqtəsi ilə halal olanla (həyat yoldaşı ilə) kifayətlənməyib, zinaya sövq edir. Bu zaman şeytan həmin insanın dinsizliyi və ya dini elminin zəifliyindən, tüğyan etdiyi cəmiyyətin və oradakı bəzi insanların azğınlığından da istifadə edir. Yəni şeytan insanı yoldan çıxartmaq üçün öz dostlarından lazımınca yararlanır. Zina üçün kifayət qədər zəmin olduğunu görən və nəfsinin qulu olan insan ondan yayına bilmir. Deməli, zinaya səbəb insandakı nəfs və bunun üçün yaradılan şəraitdir. Bunların hər ikisi isə, yəni nəfsin xarablığı və zina mühitinin insanlar tərəfindən formalaşdırılması inamsızlıq və ya Allah qorxusunun lazımınca olmamasından irəli gəlir. Məsələn, ailədə dünyaya gələn uşaq sözsüz ki, daim qayğı ilə əhatə olunur. Bu zaman valideynlə övlad arasında olan ünsiyyətdə ona Allah qorxusu, Yaradana sevgi, Onun əmrlərinə itaət uşağın səviyyəsinə uyğun çatdırılması əvəzinə yeni nəslin davamçısına fani dünyanın sevgisi, əylənmək, kişilərin qarşısında rəqs etmək, qız uşaqalarına isə bəzilərinin geyindikləri abırsız geyimlərin kiçik variantı geyindirilir və s. buna bənzər hallar müşahidə olunur. Ən dəhşətlisi isə bu işlər o qədər sevinərək, şadlanaraq həyata keçirilir ki, sanki gələcəkdə böyüyəcək uşağı bu qeyd edilənlər xoşbəxt edəcəkdir. Əgər belə valideynlər Axirət həyatına inansaydılar, himayəsində olanlara görə sorğu-suala çəkiləcəklərinə şübhə etməsəydilər, sözsüz ki, onlar doğulan körpələrinə Allahı razı salan əməlləri təlqin edərdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: В«Hamınız himayəçisiniz və hamınız himayəniz altında olanlara görə məsuliyyət daşıyırsınız!В» Muslim, 4701. Bunu möminlərin sevimlisi Əli ibn Əbu Talib radiyallahu anhu təsdiqləmiş və Uca Allahın: В«Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan olan Oddan qoruyun!В» (В«ət-TəhrimВ», 6.) ayəsinin təfsirində belə söyləmişdir: В«Özünüzü və ailənizi yaxşı işlər görməyə təhrik edin və onları tərbiyələndirinВ» В«əd-Durrul-MənsurВ», 6/244. Gəlin görək biz bu cür mənalı kəlamlardan nə cür dərs alır, onlara nə cür əməl edirik? Bir çoxları özləri ilə bərabər uşaqlarını da ucuz və səviyyəsiz teleserial seyriçilərinə çevirir, bəziləri də o qədər "qabaqgörən" olur ki, övladlarını səhərdən axşamadək dərs oxumaq, gələcək üçün gözəl mütəxəssis olmaq kimi ümdə vəzifənin dalınca düşməsi əvəzinə gözəllik müsabiqələri və başqa bu kimi dinimizə və əxlaqımıza zidd sahələrin mütəxəssisinə çevrilmələrinə rəvac verirlər. Yaxşı, deyək ki, indiki cavanlar qeyrət və namus, baş ucalığı üstündə hətta qan tökməkdən belə çəkinməyən dədə-babalarımızın dövrünü görməyiblər. Bəs sən necə, sənə deyirəm, ey özünü ağsaqqal, dünya görmüş sayan soydaşım, bəs sən necə, sən ki, o dövrü görmüsən. Məgər sən bilməyirsən ki, qızın, xanımın, dünya qədər malı olsa belə əgər qayğısında durduğu ailəsi olmazsa, o qadın özünü heç vaxt xöşbəxt saymayacaqdır. Sən bunu bilməyirsən məgər? Məgər bu gün bəzi müğənnilərin əxlaqsız geyimləri, səhnədə gördükləri "böyük" işlər nəticədə ailələrin dağılmasına səbəb olmurmu? Axı bunların hamısı xalqın gözü qabağındadır. Sən bunumu arzulayırsan öz körpə qız balana? Buna şərait yaradanların vay halına! Yəni siz düşünürsüz ki, bu millətin istedadlı həkimdən, müəllimdən, mühəndisdən, memardan, ziyalıdan çox bu cür müğənniyəmi ehtiyacı var? Əgər elədirsə onda nə üçün xəstələndiyiniz zaman xarici dövlətlərə, əcnəbi həkimlərə üz tutursunuz? Elə isə nə üçün hər hansısa bir mürəkkəb şəhərsalma işləri üçün kənardan mütəxəssis gətirirsiniz? Son anda taleləri onu-bunu əyləndirməklə keçəcək qızların müsabiqələrini keçirmək əvəzinə pullarınızı təhsilin adı çəkilən sahələrinə yönəltsəniz pis olarmı? Qayıdıram fikrimin əvvəlinə ki, belə veriliş və müsabiqələr, gənclərin həddən artıq əyləncəyə cəlb olunması bizə yaxşı heç nə vəd etmir. Bu gün bu cılız və bayağı təsirlər cəmiyyət üçün gözəl mütəxəssis əvəzinə şou əqidəli, teleserial təsirli insanlar formalaşdırır. İndi isə diqqətinizə insanların ən xeyirlisi olan Peyğəmbərimizin səllallahu aleyhi və səlləm qadın əxlaqı, kişi qeyrəti barəsində dediyi gözəl kəlamları çatdırıram. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: В«Ən yaxşı qadın o qadındır ki, əri ona nəzər saldıqda sevinsin, buyurduqda itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə, habelə onun malını lazımsız yerə sərf etməklə ona asi olmasın!В» В«Silsilətul-Əhadisis-SəhihəВ», 1838. В«Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ərinə gözəl tərzdə təsəlli verən, Allahdan qorxan qadındır. Onların ən yaramazı isə əxlaqsız geyinən və xülyalara dalandır!В» В«Silsilətul-Əhadisis-SəhihəВ», 1849.
Bəzi cavanlarımız isə iqtisadi çətinliyi əsas gətitərək evlənmir və təlabatlarını zina etməklə ödəyirlər. Belə gənclər dini cəhətdən məlumatsız olduqları üçün çox insanların həyatını pis istiqamətə yönəldirlər. Belələrinə Peyğəmbər səllallahu aleyhi və səlləm bu şəkildə tövsiyə edərdi: В«Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü çatırsa, evlənsin! Həqiqətən də o, gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə edir. Kimin gücü çatmırsa, qoy oruc tutsun. Doğrudan da, o, ehtirası söndürür!В» əl-Buxari, 4778; Muslim, 1400.
Abdullah ibn Məsud radiyallahu anhu rəvayət edir ki, mən Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşdum:
- Allah yanında günahların ən böyüyü hansıdır?
- Səni yaradan Allaha şərik qoşasan!
- Sonra hansı?
- Sənin yeməyinə şərik olacaq deyə övladını öldürəsən.
- Daha hansı?
Yaxşı əgər siz iddia etdiyiniz kimi qadınlara hicab geyinmək vacib deyilsə, onda bu ayəni nə cür başa düşək? Başqa bir ayəyə də nəzər yetirək: В«Mömin kişilərə de ki, gözlərini aşağı diksinlər [harama baxmasınlar] və cinsiyyət üzvlərini qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah sizin nə etdiklərinizdən Xəbərdardır. Mömin qadınlara de ki, gözlərini aşağı diksinlər [harama baxmasınlar] və cinsiyyət üzvlərini qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini [naməhrəmə] göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən yaxud atalarından yaxud ərlərinin atalarından yaxud öz oğullarından yaxud ərlərinin oğullarından yaxud qardaşlarından yaxud qardaşlarının oğullarından yaxud bacılarının oğullarından yaxud öz [müsəlman] qadınlarından yaxud sahib olduqları kölələrdən yaxud ehtirasını itirən kişi xidmətçilərdən yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını [bir-birinə] vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınızВ».В«ən-NurВ», 30-31. Məgər bu ayədə Allahın qadına kimlərin yanında başı açıq gəzə bilməsinə icazə verməsi onların başqalarının yanında əksinə örtülü gəzmələrinə əmr deyilmi? Necə yəni В«bizim nəsildə başı bağlı qız olmayıbВ». Ən azından bir nəsil öncəki nəslinə bax, əgər tanıyırsansa. Bax, örpəksiz bir qadın belə tapmazsan. Uca Allah Qurani Kərimdə yaşlı, şəhvəti sönmüş qadınlara qolları və topuqları açıq gəzməyə icazə versə də, yenə ayənin sonunda bağlı gəzməyi daha üstün tutur. Uca Allah qoca qadınların belə örtünməsini açıq gəzməkdən üstün tutursa, bəs cavan qadına münasibət necə olmalıdır? Bu barədə Uca Allah belə buyurur: В«Ərə getməkdən ümidini üzmüş yaşlı qadınların zinətlərini [ayıb yerlərini] göstərmədən üst geyimlərini [hicablarını] soyunmalarında günah yoxdur. İffətli olmaları [hicablarını çıxarmamaları] isə onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, BiləndirВ».В«ən-NurВ», 60. Rəbbimiz yaratdığı insanın nə cür özünü aparmasını və aparacağını çox gözəl bildiyindən qabaqcadan müəyyən qadağalar qoymuşdur. Yəni bunu anlamaq belə çətindir?! Ola bilsin ki, sən Allahın bu və ya digər qadağasının hikmətini anlamayasan. Lakin bu halda əgər Allaha inanan insansansa, təslim ol. Arxayın ol ki, heç nə itirməyəcək, əksinə çox şey qazanacaqsan. Amma təəssüf ki, bu gün hər şeyin əksinə olduğunu görürük. Xüsusi məclislər təşkil edilir, Allahın əmrləri dövrə, zamana, daha nə bilim məkan miqyasına yerləşdirilir, içərilərindən "ağıllılar"da tapılır ki, hər ayəni öz ağlı ilə təfsir edir və son nəticədə də həmişə eyni qərara gəlinir; В«inam gəlbində olsunВ», В«ürəyin Allahla düz olsunВ». Bu savadsız və məntiqsiz münasibəti misal olaraq Respublikanın konstitusiyasına və cinayət məcəlləsinə şamil etsən təxminən belə olacaq: В«əşi, konstitusiyanı qəlbimdə qəbul edirəm kifayətdir, əməl etməsəm də olarВ» və ya В«oğurluğun cinayət olduğuna qəlbimdə inanıram kifayətdir, oğurluq etsəm də problem yoxdurВ». Məgər belə münasibət qəbul olunurmu? Və ya hər hansısa bir kişi həyat yoldaşına В«səni qəlbimdə sevirəm də, bunu həyat fəaliyyətimlə sübut etməyə ehtiyac varmı?В» deyərsə o xanımın münasibəti necə olar? Yəni bunları anlamaq belə çətindir? Bu gün bir çox yaşlı insanlar yaxşı xatırlayır ki, əgər təxminən iyirmi il bundan öncə hər hansısa bir qızı hansısa yad bir oğlanla görərdilərsə, o qıza heç kəs elçi göndərməzdi ki, bəs bu rüsvayçılıqdır. Və ya əli başqa bir oğlanın əlinə dəyən qızla evlənmək ömrü boyu başı aşağı olmaq sayılırdı. Yaxşı bəs indi nə dəyişib ki, hələ orta məktəbi bitirməyən, universitet auditoriyasından çıxmayan qızlarımızı televiziyada müsabiqələrə çıxardaraq ona-buna öpdürürsünüz. Son bir iki ildə meydana gələn növbəti əxlaqsızlıq insanların gözündə adiləşdirilməyə başlanılıb. Bu da sanki ürək dostu, sirdaşı kimi hansısa bir kişinin oğlu hansısa bir kişinin qızını minlərlə insanın gözü qarşısında qucaqlayıb öpür, ona nə isə arzulayır. Yaxşı bu əxlaqsızlığa pul, mənsəb xatirinə göz yuman kişi elə həmən bu qızın sabahkı gələcəyini düşünürmü? Bu nə adətdir? İndi təxminən bir on ildən sonra da kimə desən ki, bəs bu ayıbdır, oğlanla qız salamlaşmaq məqsədi ilə öpüşməz, heç şübhəsiz ki, indi yayılan bir cavabla üzləşəcəyik: В«sən bunu haradan çıxartdın, biz dədə-babadan belə görmüşükВ». Çünki təxminən iyirmi il bundan öncə olmayan ədəbsiz əməl barəsində söyləyəndə bəzi "inkişaf etmiş" insanlar da eyni ilə bu cavabı verir. Baxın, beləcə ən böyük günahlardan biri hamımızın gözü qarşısında adiləşdirilir. Allahı qəzəbləndirib, insanları razı salanın vay halına! İndi baxın görün kişi qadın münasıbətlərində gözlənilməli olan ən kiçik xırdalığa belə Allahın və Onun Peyğəmbərinin münasibəti necədir: В«Həqiqətən, möminlər nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslər ki, lağlağılıqdan üz çevirirlər, o kəslər ki, zəkat verirlər, o kəslər ki, öz cinsiyyət üzvlərini [hamıdan] qoruyurlar, ancaq zövcələri və sahib olduqları cariyələr istisnadır. [Buna görə] onlar qınanmazlar. Odur ki, bundan artığına can atanlar həddi aşanlardırВ».В«əl-Mu'minunВ», 1-7. В«Onlar Allahla yanaşı başqa tanrıya ibadət etməz, Allahın [öldürülməsini] haram buyurduğu şəxsi haqsız yerə öldürməz, zina etməzlər. Kim bunu etsə, cəzaya məruz qalar. Qiyamət günü onun əzabı qat-qat artırılar və [o, əzab] içində zəlil olaraq əbədi qalar. Ancaq tövbə edib iman gətirən və əməlisaleh olanlardan başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!В» В«əl-FurqanВ», 68-70. В«Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. [Bu, Onun] pislik edənlərə etdiklərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən yaxşısı ilə [Cənnətlə] mükafatlandırması üçündür. Onlar [o yaxşılıq edənlər] kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən [zinadan] qaçırlar...В» В«ən-NəcmВ», 31-32. В«...Əməlisaleh qadınlar [Allaha, sonra ərlərinə] itaət edənlər, Allahın himayəsi sayəsində gizlində də [əri yanında olmadıqda belə onun namusunu və malını] qoruyub saxlayanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün. Əgər sizə itaət etsələr, onlara [əziyyət vermək üçün başqa] yol axtarmayın...В» В«ən-NisaВ», 34. В«Qadınlara diqqət yetirin! Axı qadın qabırğadan yaradılmışdır. Qabırğadakı ən çox əyrilik onun yuxarı nahiyəsindədir. Onu düzəltmək istəsən, sındıracaqsan, düzəltməsən, əyilməkdə davam edəcək. Elə isə qadınlara diqqət yetirin!В» Muslim, 5633. В«Kişi başqa bir kişinin ayıb yerlərinə baxmamalı, qadın da başqa qadının ayıb yerlərinə baxmamalıdır. Kişi kişi ilə, qadın da qadınla bir yorğan altında olmamalıdırВ». Muslim, 338. Cərir ibn Abdullah radiyallahu anhu deyir ki, mən [naməhrəmi] gözlənilmədən görmək barədə Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşdum. O mənə baxmamağı əmr etdi. Muslim, 2159,
Bəhz ibn Həkimin babası radiyallahu anhu rəvayət edir ki, Mən Peyğəmbərə səllallahu aleyhi və səlləm dedim:
- Ey Allahın elçisi! Biz ayıb yerlərimizi kimlərdən gizlətməliyik?
- Sən onu həyat yoldaşın və sahib olduğun cariyə istisna olmaqla hamıdan gizlətməlisən.
- İki kişi bir yerdə olsa necə?
- Çalış ki, ayıb yerlərini görməsinlər.
- Bəs xəlvətdə olsa necə?
Baxın və unutmayın! Məgər siz bu iyrənc əməllərinizlə Allah və Onun Rəsulunamı itaət edirsiniz? Allah bizə hər şeyi əmanət olaraq vermişdir və verilən bütün bu nemətlər barəsində soruşulacağıq. Yəni, siz ey valideynlər, Allahın sizə bəxş etdiyi övladlar barəsində soruşulacaqsınız. Əxlaqsızlıq edən hər kəs etdiyi əməllər barəsində soruşulacaqdır. Onların yaramaz işləri birbaşa bizim vətənimizə və vətəndaşlığımıza qarşı yönəlmişdir. Bu gün bəziləri etdikləri əməllərlə əxlaqsızlığı o qədər adiləşdirib yayıblar ki, bir çoxları artıq ailələrində baş verən qeyri əxlaqi halları bir norma hesab etməyə başlayıb. Məgər ailəsinin qeyrətini çəkməyən kişi vətəninin qeyrətini çəkərmi? Yaxşı bu cür çətin işləri kimlərlə edəcəyik? Bu gün ailəsinin qeyrətini belə çəkməyənlərləmi? Və ya əylənməkdən az qala qadınlardan seçilməyən oğlancığazlarlamı? Bu gün hamıya məlumdur ki, ölkə ərazisində Lut qövmünün davamçıları yaşamaqda və yayılmaqdadır. Məgər onların mövcudluğu bizim xeyrimizədirmi? Elə isə gəlin fəaliyyətimizi qəhrəmanlarımızın fəaliyyətini sayını və keyfiyyətini artırmağa və yaxşılaşdırmağa yönəldək. Lut qövmünün əməllərinə gəlincə, bu cür əməl sahiblərində dinimizə görə şiddətli əzab gözləyir. Bu barədə ayə və hədisləri diqqətinizə çatdırmaq istərdik:
В«Lut qövmü də elçiləri yalançı saydı. Bax, qardaşları Lut onlara dedi: В«Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar olunası bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Doğrudanmı siz aləmlərdən [məxluqdan yalnız] kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Doğrusu siz, həddi aşan bir camaatsınızВ». Onlar dedilər: В«Ey Lut! Əgər [təbliğatına] son qoymasan, qovulanlardan olacaqsan!В» O dedi: В«Mən sizin əməlinizə nifrət edənlərdənəm! Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən qurtar!В» Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar [həlak olanlar] arasındakı yaşlı qadından [arvadından] başqa! Sonra da qalanlarını darmadağın etdik. Biz onların üzərinə [daşlardan] yağış yağdırdıq. Qorxudulanların yağışı necə də məhvedicidir! Həqiqətən, bunda bir ibrət vardır. Amma onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, RəhmlidirВ».В«əş-ŞuəraВ», 160-175.
В«Ümmətim üçün ən çox qorxduğum (yaramaz iş) Lut qövmünün əməlidirВ». ət-Tirmizi, 1457; əl-Albani bu hədisi həsən hesab etmişdir. В«Səhih ət-TirmiziВ», 1178.
|