Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
ƏQRƏBLƏR BİR SAAT GERİ ÇƏKİLİR
[ Aktual / 6193 dəfə baxılıb ]
|
Yay vaxtının tətbiqi sabah bitəcək. 29 oktyabr bazar günü saat 05:00-da saatın əqrəbləri 1 saat geri çəkiləcək. 26 martda başlayan yay vaxtı (irəli saat) tətbiqi, iş vaxtının günün günəşli hissəsinə alınması şərti ilə gün işığından daha çox faydalanması, elektrik enerjisinin işıqlandırılmada istifadə olunan bölməsinə qənaət edilməsi məqsədilə edilir.
Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli “Azərbaycan Respublikası ərazisində yay vaxtı tətbiq edilməsi haqqında” qərarına əsasən bu il də oktyabrın sonuncu bazar günü: 28-dən 29-na keçən gecə saat 05:00-da əqrəblər bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.
Beləliklə, sabahdan etibarən məlum olduğu kimi namaz vaxtları geri çəkilir. Növbəti həftə cümə namazı saat 13:00 da qılınmağa başlanacaq. Bütün namaz vaxtları isə 1 saat geriyə çəkiləcək.
Allah bizləri bütün vaxtlardan lazımi qədər faydalananlardan etsin. Amin!
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.