Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
HANI MÜSƏLMANLARIN İZZƏTİ?
[ Aktual / 305 dəfə baxılıb ]
|
Bismilləhirrəhmanirrəhim
“Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Mücadələ, 21)
Başqa bir ayədə də; “Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö’minlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (əl-Munafiqun, 8)
Son vaxtlar həqiqətən də, sanki müsəlmanların mənliyi və izzəti qalmayıb. Müsəlmanlar çox olsalar da, söz deməyə belə cürətləri çatmır. Yəhudilər Fələstini dağıtdılar və taladılar, Amerika İraqı yerlə yeksan etdi sonra Suriya və İranı hədələdi, indi də qondarma İsrail Respublikası bir tərəfdən Qəzza bolgəsini, bir tərəfdən də bütün Livanı dağıdır.
İlahi, bizim ümmət bu qədərmi dəyərsiz oldu? İstədiyimiz şəhvətin ardınca dilimiz çöldə qaçmağa başladıq, imtina edə bilmədik. Kor-koranə qərb etdiyini biz də təkrarlamağa başladıq, yalnız dünya həyatında yaşamaq üçün. Harda əyləncə, kef və şənlik məclisləri varsa o qapılardan əl çəkmədik, hamısında iştirak etmək istədik. Fitnə-fəsadı aramıza gətirdilər, boynumuza mindilər və öz zibillərini hətta bizə pulnan satdılar. Biz isə onları pulla aldıq ki, bir azca kef görək. Onlar da bu pullarla silah-sursat alıb bizə hücum etdilər.
Allahın Kitabını və Peyğəmbərimizin (s.a.s) sünnətini tərk etdiyimiz, əxlaqımızı dəyişdiyimiz, dünyaya uyduğumuz və zəlil olmağa razı olduğumuz gündən bizə heç harada yer yoxdur ey müsəlman ümməti. Hamımız bu gündəyik, yalnız Allahın rəhmət etdiyi bəzi bəndələrdən başqa. Onlar da ya qaça-qaçdadırlar, ya savaşda, ya əsirlikdə, ya da qorxularından ağızlarını aça bilmirlər.
Nədir xəstəliyimiz, hardan gəlib və düşmənimiz kimdir? Xəstəlik bizim özümüzdəndir. “(Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir”” (Ali-İmran, 165). Amma Allaha and olsun ki, biz özümü dəyişməyə çalışsaq, Allah da bizim halımızı dəyişər. Lakin biz başı aşağı və tənbəl olmağa öyrəşmişik. Hamı ancaq oxuyur, amma başqalarının əməl edəcəyini düşünür. Belə deyil axı, sən özündən və hərə özündən başlamalıdır. Cəm halda hamı birdən başlaya bilməz. Təklikdə hamı özündən başlasa bu alınar. Bu ümmətin islahatçıları da həmişə tək olublar, Peyğəmbərimiz (s.a.s), Əbu Bəkr (r.a) Ömər (r.a) və sairə kimi. Onlar tək olaraq başlayıblar, Allaha güvəniblər və heç kimin sözündən və qınamasından qorxmayıblar.
Düşmənlərimizə gəldikdə isə, onlar bizim daxilimizdə və bizim xaricimizdədirlər. Daxilimzdə olan düşmənlər həmişə iş birliyi etdiyimiz, yaxud dinlərini və Allahın hökmlərini unudub yalnız kafirlərlin qanunlarına uyanlardır. Onlar dinlərini və əxlaqlarını itiriblər, onlar axirətlərini satıb bu dünyanı satın alıblar. Xarici düşmənlərimiz isə daim bizə hücum edən və hücum etmək istəyən xristian və yəhudilərdir. Onlar həmişə bizi qırmaq və dağıtmaq istəyiblər. Çox təəssüf ki, bizim içimizdən onlara dəstək olanlar da az deyil. Onlar əxlaqımızı pozdular, mədəniyyətimizi kirlədilər, millətimizi qırdılar, uşaqları yetim qoydular, qadınları dul etdilər və evlərimizi başımıza uçurdular. Ey Allahın hökmlərinə tabe olmayan vətən xainləri, ümmət xainləri və Allah düşmənləri, unutmayın ki, sizin də bir gün sonunuz olacaq. Allahu Təala bunu bəyan edib; “Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!” (Muhəmməd, 38).
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.