Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
[Maidə, 8]
Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!
[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]
Təqva, sevginin zirvəsidir
[Hikmətli sözlər]
SƏLƏFIN İBADƏT ANLAYIŞI
[ Aktual / 20 dəfə baxılıb ]
|
İnsanları itaət və ibadət üçün yaradan Allaha həmd olsun. Ona ibadət yollarını asanlaşdırdığı ücün şükr və həmd edirəm. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O təkdir və ortağı yoxdur. Möminlərə Cənnəti və ziyadəni (camalını seyr etməyi) vəd edmişdir və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) onun qulu və rəsuludur. Hər cür xeyrə təşviq etmiş və azğınlıgdan çəkindirmişdir.
Sələf alimlərindən biri belə deyir: «Allah azzə və cəllə qullarına nemətlər vermiş və onları gücləri çatınca şükr etməklə cavabdeh tutmuşdur. Az da olsa şükr etmək, hər hədiyyəyə qarşı çox da olsa yaxşılıq etmək lazımdır.
Möminin nəfsi heç durmaz və arzusu azalmaz. Nəfsi hər duruşunda ona yeni bir heyrət verir və ona belə deyir: «Ey nəfis, müjdə! Çatacaq yer yaxınlaşdı və qovuşmağa az qaldı. Oraya çatmadan yarı yoldan qalma və səninlə sevdiklərinin olduğu yer arasına əngəl girməsin.» Nəfi rəhiməhullah, İbni Ömər (r.a) etdiyindən soruşulunca belə deyər: «Hər namaz üçün evində dəstəmaz alır və arasında Quran oxuyardı.» Həsən əl Bəsri rəhimahullah sələfin ibadət etməyə olan həvəsini anladarkən belə deyir : «Elə insanlar gördüm və elə kimsələrlə birlikdə oldum ki, özlərinə gələn bir dünya nemətinə sevinməz və özlərindən gedən bir şeyə üzülməzlərdi. Onların gözündə bunlar basdıqları torpaqdan daha dəyərsiz idi. Rəbblərinin Kitabıyla və peyğəmbərlərinin sünnəti ilə əməl edərlərdi. Gecə olunca ayaqları üzərinə qalxar, üzlərini yerə sərərdilər. Göz yaşları yanaqlarından axardı. » İbn Ömər bir vaxt camaatla namazı qaçırırsa bir gün oruc tutar, gecəni oyaq qalar və bir qul azad edərdi. Əmirəl möminin Ömər b. Əbduləzizin xanımı Fatimə binti Əbdulməlik belə deyir : «Ondan daha çox namaz qılan və oruc tutan görmədim. Ondan daha çox Allahdan qorxanını görmədim. İşa namazını qılar və gözlərini qapayıncaya qədər Allahı zikr etmək üçün otururdu. Sonra yenidən oyanardı. Bəzən yataqda ikən axirətlə əlaqəli bir şey xatırlardı və sərçənin sudan ürkdüyü kimi ürkərdi və oturub ağlardı. Üzərinə yorğanı örtərdim.» Vəkinin belə dediyi rəvayət edilir: «Əməş yetmiş yaşına yaxınlaşmışdı və heç bir zaman imamla birlikdə iftitah təkbirini qaçırmamışdı. Altmış ildən çox yanına gedib gəldim, bir rükəti belə qəza etdiyini görmədim.» Süleyman ibn Həmzə əl-Məkdisi belə deyir : «İki kərə xaric heç bir fərz namazımı tək qılmadım. Onları da sanki qılmamış kimiyəm.» Öldüyü zaman doxsan yaşına çatmışdı. Allah Təala onlara rəhmət eləsin. Bunlar: ürəkləri Allah sevğisi ilə dolan və qəlbləri fərəhlənən, nəfsləri sükunətə çatan və əzaları mütməin olan insanlara aid ibrətli işarətlər və onların həyatından dəyərlənmiş misallardır. Sevgi düşüncəsi, üsyan düşüncəsinin yerini; Allaha yaxınlaşmaq istəyi, ona qarşı cıxmaq və üsyanın yerini; dilin və əzaların ibadət və hərəkəti, günah ilə hərəkətinin yerini almışdır. Rəsulullah (s.ə.s) gəlincə; ibadət sevgisi onun qəlbinə yaxşı işləmişdi. İbadətin ən böyük göstəricisi, hər vəziyyətdə Allah əzzə və cəlləyə təslimiyyəti idi. Allah Təala belə buyurur: (İhsan ilə üzünü Allaha təslim edəndən din olaraq daha yaxşı kim vardır?) Hər an Allahdan qorxar, daima onu zikr edər və ondan bağışlanma dilərdi. Belə buyurdu : «Allaha and olsun ki, hər gün Allaha yetmiş dəfədən çox tövbə edir və ondan bağışlanma diləyirəm.» Bu hədisi, Buxari rəvayət edər. Gecələri Allaha ibadət edər, bir gecədə on üç rükət namaz qılardı. Namazda, ayaqları şişənə qədər qiyamda dururdu. Ona, «Ey Allahın Rəsulu! Kecmiş və gələcək bütün günahlrını Allah bağışladığı halda bunu niyə edirsiniz?» deyilincə: «Şükr edən bir qul olmayımmı?» buyurdu. Bu hədisi Buxari və Müslüm rəvayət edir. Oruc tutar və sədəqə verərdi. İki dağ arasını dolduran bir sürünü belə verərdi. Rəsulullahın (s.ə.s) ibadətinə heyrət! O, ən böyük ibadət mərtəbələri ilə ümmətin idarəsini birlikdə edərdi. Belə buyurur: «Allaha and olsun ki, mən sizin Allahtan ən cox qorxan və ona qarşı ən cox təqvalı olanınızam. Fəqət mən, oruc tuturam və iftar edirəm. Namaz qılıram və yatıram. Qadınlarla evlənirəm. Kim mənim sünnətimdən üz cevirsə, məndən deyil.» Bunu Buxari rəvayət edir. İbni Teymiyyə rahiməhullah belə deyərdi: «Qəlb yalnız Allaha ibadətdən başqa bir şeylə islah olmaz və xilas olmaz. Sevinc və rahatlıq tapmaz, ləzzət və dad almaz. Sakin və mütmain olmaz. Yaradılmış bütün ləzzətləri əldə etsə belə razı qalmaz və sükunət tapmaz. Çünki fitrətində Rəbbinə xüsusi ehtiyacı vardır. O: onun ilahi, sevdiyi və istədiyidir.» İbadət növlərinin ən böyüyü: Allahın fərz buyurduğunu yerinə yetirmək və Allah Təalanın haram etdiklərindən çəkinməkdir. Əbu Hureyrədən (r.a) rəvayət edilən bir hədisdə Rəsululah (s.ə.s) belə buyurur: «Uca Allah buyurur ki: ...Qulum mənə, ona fərz buyurduğumdan daha sevimli bir şeylə yaxınlaşmaz..» Bunu, Buxari rəvayət edir. Sələfin həyatının hamısı ibadət etmək olunca və etdikləri bir cox ibadət növü olunca: görəsən nə ilə başlayırdılar? Nəyi önə çıxarardılar? Rəbbani alim İbnu Qeyyim rahimehullah, bunu belə cavablandırır: «Əməllərin ən fəzilətlisi, o vaxtda Allaha ən sevimli olanı və Uca Allahın razı olduğudur» Sonra bunu belə açıqlar: «Qonaqların varlığında ən fəzilətli əməl: onların haqqını yerinə yetirmək, müstəhəb zikirlər yerinə onlar ilə məşğul olmaqdır. Həyat yoldaşının və ailənin haqqlarını yerinə yetirərkən də bu belədir. Səhər vaxtlarında ən fəzilətli əməl: namazla və Quranla, dua və zikirlə məşğul olmaqdır. Əzan vaxtlarında ən fəzilətli əməl, etdiyin zikri saxlayıb müəzzinin sözlərinə cavab verməkdir. Beş vaxt namaz vaxtlarında ən fəzilətli əməl: namazı ciddiyyət və səmimiyyətlə qılmaq dərhal namaza qaçmaqdır. Ehtiyac sahibi kimsənin; məqamla, bədənlə və yaxud malla köməyə ehtiyacı olduğu vaxtlarda ən fəzilətli əməl: ona kömək etmək və sıxıntısını aradan götürməkdir. Bunu günlük zikirlərə tərcih etməlidir. Müsəlman bir qardaşının xəstəliyində və ölümündə ən yaxşı əməl onu ziyarət etmək, cənazə namazında və dəfn edilməsində iştirak etməkdir. Sıxıntıya düşdüyün və insanların sənə əziyyət etdiyi anda, ən fəzilətli əməl, onlarla əlaqəndə səbr etmək və onlardan qacmamandır.» Sonra belə deyər: «Qul dayanmadan ibadət məqamları arasında gəzməkdədir. Alimləri gördükdə onu da onlarla bərabər görərsən. Abidləri gördüyündə, onu da onlarla birlikdə görərsən. Allahı zikr edənləri görürsən, onu da onlarla birlikdə görərsən. Sədəqə verənləri görürsən, onu da onlarla görərsən. Nəfsinin rahatı və ləzzəti başqa bir yerdə olsa belə o, Rəbbinin istədiyi yolda gedir.» İbnul Qeyyimin açıqlaması bu şəkildə sona catır. Allah ona rəhmət eləsin. Allah Təala belə buyurur: (Cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım.) Ayənin mənası budur: Bizlər ancaq ibadət etmək üçün yaradıldıq. Allah, həyatımızı ibadət xaricində bir şeylə keçirməyimizi qəbul etməz. Namaz, oruc, zəkat, həcc ibadətdir. Doğru demək, əmanəti yerinə vermək, ana-ataya yaxşılıq, qohumları ziyarət etmək, verdiyin sözə sadiq qalmaq, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək: qonşuya, yetimə, kasıba, yolda qalana yaxşılıq etmək ibadətdir. Dua, zikir və oxuma ibadətdir. Allahı və rəsulunu sevmək, Allaha tövbə etmək ibadətdir. Allahın hökmünə səbr etmək, nemətlərinə şükr etmək, taleyə razılıq etmək, bağışlamasını ümid etmək və əzabından qorxmaq, bütün bunların hamısı ibadətdir. Uzun tarixləri boyunca müsəlmanların başına gələnlər və bu gün bizim başımızda olan bir çox müsibət, sadəcə ibadət anlayışındakı azma səbəbindəndir. İbadətin iki şərtindən: Allah üçün islah və Rəsulullah (s.ə.s) sünnətinə uyğunluqdan azmanın nəticəsidir. İxlasın tərki tək Allaha edilməsi lazım olan ibadətin - peyğəmbərlər, mələklər və vəlilər (Allahın dostları) olsa belə - başqasına möhtac yaradılmışlara edilməsi nəticəsində meydana gəlmişdir. Allaha yaxınlaşmaq üçün saleh insanları vasitəçi edərlər. Sünnətə uymaq nöqtəsindəki azma isə Allahın izin vermədiyi və Rasulullah (s.ə.s) ibadət olaraq bildirmədiyi müxtəlif ibadətlərin, dəyişik şəkillərdə edilən bidət zikirlərin və sözlərin ortaya çıxmasına yol açmışdır. Bidətlik edilişində və yaxud sayında, şəklində və yaxud yerinə yetirmə tərzində, zamanında və ya məkanında ola bilər. Bütün bunlar onu edən kimsədən qəbul edilməz, çünki bu, Allahın izin vermədiyi bir ibadət qoymadır. Bəziləri, ibadət anlayışını məlum şəkillərə sahib ibadətlərlə sərhədli qəbul edər. İbadət edərkən əməli tərk edər. Başqa bir əməl anında da ibadəti tərk edər. Əsas ibadət anlayışı budur. Davranışları və sözləri ilə bu cahiliyyə sözünü dilə gətirirlər. «Qadının örtüyündən və işləməsindən dinə nə?! Şəxsi həyatımıza din niyə qarışır?! Qadının geyimindən İslama nə?! Faizlə alış-verişə din niyə qarışır?!» İstənilən, dini həyatdan çıxarıb məscidin divarları arasına sıxışdırmaqdır. Bu səbəblə namaz qılan, oruc tutan və Quran oxuyan birinin saxtakarlıq etməkdən, faizlə alış-verişdən və zülm etməkdən çəkinmədiyini görürsən. Namaz qılan və oruc tutan bir qadının şəriətə zidd işlər etməkdən çəkinmədiyini, açılıb saçıldığını, kişilərlə birlikdə olduğunu və haram olan şeylərlə bəzəndiyini görürsən. İslam qardaşlarım! Nəfsin istədiyi və yaşamaq üçün lazımlı əməllər, saleh niyyətlə böyüyər və ibadət oluncaya qədər yüksələr. Eyni şəkildə mübahlar da əməl dəftərinə ibadət olaraq yazılır. Kəndli tarlasında, işçi fabrikində, tacir dükanında, məmur iş yerində və hər məslək sahibi öz məsləyində etdiyi işi ibadət halına gətirə bilər. İş ibadət olunca sahibi onu xainliklə kirlətməyəcək və saxtakarlıqla korlamayacaq. Saflığını yalan və hiylə ilə, insanların malını haqsız yerə yeməyəcəkdir. Deməli bu ibadətin geniş mənasıdır. İtaəin tam şəkildə təsəvvürüdür. Müsəlmanı xeyir və rəhmət çağlayan, fayda və bərəkət fışkıran bir bulaq halına gətirir. Müsəlmanın əzmi qüvvətlənir və ibadət ümmətə kömək üçün əzmi artırar. Kədərlənənin göz yaşını silər. Sıxıntıda olanın sıxıntısını yüngülləşdirir. Fəlakətə uğrayanın yarasını sarıyar. O, bu davranışında ibadət duyğusu hiss edər. Eyni şəkildə çarəsiz ac kimsəni doydurar. Zülmə uğrayana dayaq durar. Məğlub olanın xətasını bağışlayar. Ağır bir borc içində olanın borcunu ödəyər. Yolunu azana yol göstərər. Bilməyəni öyrədər. İnsanlardan bir pisliyi uzaqlaşdırar və yaxud yoldan əziyyət verici bir şeyi qaldırar. Hər gün ümmətin binasına salih bir kərpic qoya bilərsən. İbadət və yaxşılıq evinə-sənin tərəfindən bəsit və tərəzidə yüngül görünsə də – axirət tərəzisində ağırlığı və dəyəri olan əməllər əlavə edə bilərsən. Rəsulallahın (s.ə.s) bu sözünü dinlə : «Sizə orucun, namazın və sədəqənin dərəcəsindən daha üstün bir əməl bildirimmi?» buyurur. «Bəli ya Rəsulallah!» deyirlər. Belə buyurur : «İki insanın arasını düzəltməkdir. İki insanın arasını vurmaq isə (dini) kökündən qazır.» Bu hədisi Əbu Davud rəvayət edər. Xəstə ziyarəti haqqında da belə buyurur : «Kim bir xəstəni ziyarət edər, ya da Allah üçün bir qardaşını ziyarət edərse, bir nidaçı ona belə səslənir: Məqbul oldun və yerişin də məqbul oldu və Cənətdə bir yer hazırladın.» Bu hədisi Tirmizi rəvayət edər. Muslim Səhihində Əbu Hureyrədən (r.a) bunu rəvayət edər : Rəsulullah (s.ə.s) belə buyurur : «Bir adam yolda yeriyərkən, yolun üzərində tikanlı bir kol gördü və onu yoldan uzaqlaşdırdı. Allah, etdiyinə qarşılıq olaraq onu bağışladı.» Yenə Səhih Muslimdə Əbu Zərrdən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur : «Ümmətiməin əməlləri, yaxşısı və pisi mənə göstərildi. Onların gözəl əməlləri arasında, yoldan əziyyət verici bir şeyi qaldırmağı tapdım.» Saleh əməlləri bəlirli ibadətlərlə sərhədləmək, təkvalı yaşamaq istəyənlərin vaxtlarını, o əməlllərin təkrarı ilə keçirmələrinə yol açar. Onlar, başqa bir əməli, Allahın razılığını əldə etmək üçün bir vasitə olaraq görməzlər və yer üzünün islahını tərk edərlər. İslam qardaşları! Allahdan haqqıyla qorxun. İbadəti pozan və savabını aparan şeylərdən çəkinin. Bunlardan biri də Allaha şirk etməkdir. Riya və göstərişdir. Allah Təala belə buyurur: (Əgər onlar Allaha şirk etsəydilər onların əməlləri boşa çıxardı.) Dində bidət ortaya çıxartmaq bunlardandır. Rəsulallah (s.ə.s) belə buyurur : «Kim bizim əmrimiz olmayan bir əməl işlərsə o rədd edilmişdir.» Bu hədisi Muslim rəvayət edir. İnsanlara zülm etmək, canlarına, mallarına və namuslarına təcavüz etmək də bunlardandır. Rəulallah (s.ə.s) belə buyurur : «Ümmətimdən iflas edən kimsə odur ki, Qiyamət günü namazla, orucla və zəkatla gəlir. Bunu söymüş, digərinə iftira etmişdir. Birinin haqqını yemiş, digərinin də qanını tökmüşdür. Bir digərini isə döymüşdür. Buna onun savabından verilir, digərinə də savabından verilir. Üzərindəki haqqlar alınmadan əvvəl savabı bitərsə onların günahlarından alınaraq ona yüklənir. Sonra da cəhənnəmə atılır.» Bu hədisi Muslim rəvayət edər. İnsanın nəticəni düşünmədən söylədiyi bəzi çirkin sözlər də bunlardır : Əbu Hureyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edər : «İnsan, heç bir lüzum görməyərək Allahı qəzəbləndirəcək bir söz söylər və o sözün səbəbiylə cəhənnəm atəşində yetmiş illik bir məsafəyə aşağıya enər.» Bunu, İbni Macə rəvayət edər. Rəsulullah (s.ə.s) belə buyurur : «Bir adam belə deyər : «Allah and olsun ki, Allah filankəsi bağışlamaz.» Allah Təala da belə buyurur : «Filankəsi bağışlamayacağam deyə mənim adıma and içən kimdir?» Şübhəsiz mən filankəsi bağışladım və sənin əməlini boşa çıxardım.» Bu hədisi, Muslim rəvayət edər. Səhih Muslimdə Əbu Hureyrədən (r.a) bu rəvayət edilir: Rəsulallah (s.ə.s) belə buyurur : «Bir adam, yol üzərində uzanan bir ağac kötüyünün yanından keçərkən «Allaha and olsun ki, bunu əziyyət verməməsi üçün müsəlmanlardan uzaqlaştıracağam» deyər və bu üzdən Cənnətə girdirilir.» Allaha qulluq, bütün əzaların və hisslərin Allaha ibadətlə və Onun əmrini yerinə yetirməklə məşğul olmasını gərəktirir. Kafirlərin və dinsizlərin haram olan sözlərini dinləməyi tərk edərək Allaha ibadət edər. Allahın haram etdiyi şeylərdən baxışlarını qoruyaraq Allaha ibadət edər. Baxışlarını Qurana və elmi əsərlərə baxmaq kimi vacib olan yerlərdə istifadə edər. Dili ilə Allaha saleh bir şəkildə ibadət edər. Onu daima Allahı zikrilə və Allahın sevdiyi gözəl sözlərlə məşğul edər. Boş sözlərdən dilini qoruyar. Yalançı şahidlikdən, başqalarını ayıblamaqdan və qeybətdən uzaq durar. Zikir, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək, insanların arasını düzəltmək kimi gözəl sözlərlə məşğul olar. Allah Sübhanahu və Təalaya əllər və ayaqları ilə ibadət edər. Əlini ancaq Allah üçün, Allah yolunda və Allahın razılığına uyğun bir şəkildə istifadə edər. Ayaqlarının Allaha qulluğa bağlılığını gözləyir. Onlarla ancaq Allaha ibadət üçün və Onun razılığı istiqamətində yeriyir. Onlarla cümə və camaat namazlarını qılmağa, vacibi yerinə yetirərək savab qazanmağa qaçar. Allah Təala belə buyurur : «(De ki: Şübhəsiz mənim namazım, qurbanım, həyatım və ölümüm hamısı Aləmlərin Rəbbi Allah üçündür. Onun ortağı yoxdur. Mənə sadəcə bu əmr olundu və mən müsəlmanların ilkiyəm.)»
Abdulbari es-Subeyti Şeyh Çevirən: Elvin Vəliyev və Kamran Ağayev