Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
O ÖZ RƏBBİNİN ƏMRLƏRİNƏ TABEDİR ("MÜSƏLMANIN ŞƏXSİYYƏTİ" SİLSİLƏSİNDƏN)
[ Aktual / 380 dəfə baxılıb ]
|
Bismilləhir-Rəhmanir-Rəhim
Həqiqi müsəlman mütləq Allahın bütün əmrlərinə tabe olmalı, onları tam təslimiyyat və mütiliklə yerinə yetirməlidir. Hətta bu onun istək və arzularına uyğun gəlməsə belə. Allaha və Onun Rəsuluna (s.a.s) məhz bu cür itaət etmək müsəlmanın imanının göstərcisidir. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunduğuna görə belə buyurmuşdur: "Sizin istək və arzularınız mənim gətirdiklərimə uyğun olmayınca heç biriniz iman gətirməyəcəksiniz." (Əl-Buxari rəvayət etmişdir.) ((Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə'yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.)) (Ən-Nisa 65-ci ayə) Burada, Allaha və Onun Rəsulunun (s.a.s) bütün əmrlərinə tam şəkildə tabe olmaqdan söhbət gedir, hansı ki, belə olmasa nə iman olar nə də İslam. Beləki, həqiqi müsəlman nə Allahın əmrlərindən yayına bilər, də Rəsulunun (s.a.s) göstərişlərindən çəkinə bilər. Bu ona və onun tabeçiliyində olan ailə üzvlərinə və qohumlarına da aiddir.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.